Qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydaları ilə bağlı yeni videoçarx hazırlanıb
6 Mart 2024 10:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlanıb.
Videoçarxda qeydiyyat və nəzarət sistemi olan qida təhlükəsizliyi qeydiyyatı haqqında ətraflı məlumat verilib. Eyni zamanda qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı aparılan obyektlərin, eləcə də ölkə ərazisində qida obyektləri olmadan müvafiq sahədə fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı mexanizmi nəzərə çatdırılıb. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən yüksək risk qrupuna aid qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektlərinin təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi ilə bağlı qaydalar əks olunub. Bundan başqa, videoçarxda xarici qida obyektlərinin təsdiqi məsələsinə də geniş yer ayrılıb. İstehsal etdikləri yüksək risk qrupuna aid qida məhsullarının respublikamıza gətirilməsini istəyən müəssisələrin qeydiyyatının aparılması, təsdiq olunması və ya təsdiqdən imtina edilməsi şərtləri barədə ətraflı məlumat verilib. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida məhsullarının idxalının mümkün olmamasına dair məlumatlar əks olunub.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə qida obyektlərinin qeydiyyatı və təsdiqi prosesi ilə daha asan şəkildə tanış ola və bu barədə geniş məlumat əldə edə biləcəklər.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş