Qida Təhlükəsizliyi Agentliyinin tanıtım videosu yayımlanıb
12 Aprel 2018 00:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi böyük məmnuniyyətlə sizə Agentliyimizin yeni promoçarxını təqdim edir:
“Süfrəmizə gəlib çıxan qidanın təhlükəsizliyi vacib şərtdir. Bu əminliyin bərqərar olmasında ölkənin çoxsaylı dövlət qurumlarının birgə səyi durur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlarımızın istifadə etdiyi müxtəlif çeşidli qidanın təhlükəsiz və sağlam olması kimi strateji məqsədi təmin etmək və digər qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək üçün yaradılmışdır. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirərək istifadə etdiyimiz qidanın beynəlxalq standartlara uyğunluğuna nail olmağı qarşısına hədəf qoymuşdur.
Bunu təmin etmək üçün təmin etmək üçün bizim 10 milyon səbəbimiz var.
Təhlükəsiz qida ilə sağlam gələcəyə”.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş