“Qida təhlükəsizliyi haqqında” Qanun nəzarət və tənzimləmədə hər bir vətəndaşın iştirakını təmin etməklə yeni yanaşmanı özündə ehtiva edir
31 Mart 2022 15:27
“Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Qanun layihəsində qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün həmin məhsulların təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin yaradılması istehlakçılarda təhlükəli məhsullar və həmin məhsulların təhlükəliliyinə səbəb olan hallar barədə ətraflı məlumat almağa, istehlakçı hüquqlarının müdafiəsinə imkan yaradacaqdır. Həmçinin qanunda qida və yem məhsullarının təhlükəli hesab edilməsi ilə bağlı hallar müəyyən edilərək, bu halların aşkar edilməsi zamanı həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin qadağan edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cür qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin aparılması və bunun vətəndaşlar üçün açıq olması ictimai nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaqdır.
İctimaiyyət nümayəndələri tərəfindən verilən bu dəstək ümumi işin xeyrinə olmaqla, qida təhlükəsizliyinin təmin olunması sahəsində daha təkmil və sağlam mexanizmlərin formalaşmasına gətirib çıxaracaqdır. Dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərini müəyyənləşdirən ictimai nəzarət icraçılıq proseslərində, o cümlədən qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların həyata keçirilməsində şəffaflıq və səmərəliliyin artırılması ilə nəticələnəcəkdir. Bu proses Qanunun aliliyinin təmin olunması ilə yanaşı, hər bir vətəndaşın istehlakçı olaraq, ictimai nəzarətin təşkilində iştirakının gücləndirilməsinə şərait yaradacaqdır.
Bütün bu nüansları nəzərə alan AQTA vətəndaş cəmiyyətinin hər bir üzvünü istehlakçı olaraq, ictimai nəzarətdə fəal olmağa çağırır, ictimai nəzarət çağırışlarına həssaslıqla yanaşmağı tövsiyə edir. Həmçinin bir daha bildiririk ki, vətəndaşlar qida sahəsində qarşılaşdıqları neqativ hallarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verə bilərlər.
Qeyd edək ki, Qanun ümumilikdə ölkədə insanların həyat və sağlamlığının daha yaxşı təmin edilməsi sahəsinə töhfə verməklə, ümumi prosesdə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş