“Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərində HACCP sisteminin tətbiqi nəzərdə tutulur
2 Mart 2022 12:40
Yeni Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə nəzarət sisteminə malik olmalıdır. Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan mexanizm HACCP sistemidir və qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün mümkün təhlükələrin və risklərin qiymətləndirilib nəzarətə götürülməsi və qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir. Təhlükəli faktor insan sağlamlığı üçün təhlükə mənbəyi olub, qida və yem məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya qida məhsulunun vəziyyətidir. Kritik nəzarət nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, onu aradan götürmək və ya məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.
Bu nəzarət mexanizmi qida zəncirinin bütün mərhələlərini əhatə etməklə vahid sistem halında fəaliyyət göstərir. Qida təhlükəsizliyinin təmin edilməsinin ən səmərəli və etibarlı təminatı istehlak bazarında hazır məhsula nəzarət etmək deyil, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində belə bir qida təhlükəsizliyinin idarə edilməsi mexanizminin yaradılması və tətbiqini zəruri edir.
Eyni zamanda qanun layihəsində HACCP sistemlərinin tətbiq edilməsi üçün keçid müddətlər müəyyən edilmişdir. Belə ki, HACCP sistemlərinin tətbiqinin məcburiliyi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektlərində həmin Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektlərində isə dörd il sonra üçün təsbit edilmişdir.
Qeyd edək ki, HACCP – Qida təhlükəsizliyinin idarə edilməsinə əsaslanan bir standartdır. Standartın əsas məqsədi qida istehsalı və istehlakını ən sağlam hala gətirməkdir. Buna görə də sosial rifah və daha əsaslı gigiyenik tələblərə üstünlük verir. Sistem həm də qurum və təşkilatların inkişafı üçün kritik nöqtələrin tənzimləyicisidir. Çünki risklərin idarə edilməsində çox faydalı olan standartları özündə ehtiva edir. Bu baxımdan qida biznesinin və istehsalçı qurumların gələcək uğurlarını təmin etmək imkanına əsaslı töhfə verir. Qida təhlükəsizliyinə diqqət yetirən bu sistem prosesə əsas nəzarətləri təyin edən və onun necə idarə olunacağını planlaşdıran bir bələdçi rolunu oynayır. Konsepsiya qidanın hazırlanması və təchizatı prosesində dəyərli sistem yanaşması ilə sosial inkişafa xidmət edir. HACCP təcrübələrinə əməl olunarsa, təhlükəsiz və keyfiyyətli məhsulların bazarda dövriyyəsi təmin edilər. HACCP planı ortaya çıxacaq müxtəlif növ qida təhlükələrini müəyyən etmək və idarə etmək məqsədi daşıyır. Bu, baş verə biləcək potensial zərərlərin qarşısını almağı hədəfləyir. HACCP sisteminin tətbiqi müəssisələrin daxili qida təhlükəsizliyi nəzarəti sisteminin qurulmasına da imkan verəcək ki, bu da dövlət nəzarəti tədbirlərinin azaldılmasına və sahibkarların özləri tərəfindən tələblərin yerinə yetirilməsinə şərait yaradacaq.
HACCP sisteminin əsas üstünlüklərinə istehsal və paylama sisteminə nəzarət və qida təhlükəsizliyi sahəsində risklərin qarşısını alması, qida gigiyenasına dair məlumatlılıq yaratması, dövriyyədə olan mal və məhsulların keyfiyyətini yaxşılaşdırması və s. daxildir.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş