Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
21 Aprel 2021 15:40
Qida təhlükəsizliyi sahəsində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində istehlakçıların prosesdə aktiv iştirakını təmin etmək və mövcud vəziyyəti öyrənmək məqsədilə sorğu keçirilib.
Elektron formada keçirilən sorğuda opponentlərə "Daha əvvəl qida təhlükəsizliyi anlayışını eşitmisinizmi?", "İstehlak etdiyiniz qida məhsullarının istehsalında qida təhlükəsizliyi qaydalarına əməl edilib-edilməməsi ilə maraqlanırsınızmı?", "İstifadəyə yararsız, vaxtı keçmiş, qablaşdırılması pozulmuş qida məhsulu gördükdə nə edirsiniz?", "Qida məhsulları alarkən açıq, yoxsa qablaşdırılmış məhsullara üstünlük verirsiniz?", "Sizcə, son illər qida təhlükəsizliyinin təmin olunmasında görülən işləri qənaətbəxş hesab etmək olarmı?" sualları ünvanlanıb.
Sorğuda iştirak edən 653 nəfərdən 356-sı kişi (54.5%), 297-si isə qadındır (45.5%). Sorğuda iştirak edənlərin böyük əksəriyyərti – 82.7 %-i (540 nəfər) daha əvvəl qida təhlükəsizliyi anlayışını eşitdiyini bildirib. 653 opponentdən 530 nəfəri (81.2 %) “Son illər qida təhlükəsizliyinin təmin olunmasında görülən işləri qənaətbəxş hesab etmək olarmı?” sualına “bəli”, 123 nəfəri isə (18.8 %) “xeyr” cavabını verib.
Opponentlərdən 217 nəfəri (33.2%) 18-25, 197 nəfəri (30.2 %) 26-39, 147 nəfəri (22.5%) 40-54 yaş aralığında, 92 nəfəri isə (14%) 55 yaşın üzərində olan şəxslərdir. Opponentlərin (297) 45,5%-i ali təhsilli, (121) 18.5%-i natamam ali, (235) 36 %-i isə orta təhsillidir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş məsələlərin icrası ilə bağlı olaraq, hazırda sorğunun respublika ərazisini əhatə etməklə növbəti mərhələsi həyata keçirilir.
Sorğuda iştirak etmək üçün keçidə daxil ola bilərsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLSelMGnJAw_mImR2xale4RdNiyAXXjVVkcZm8S8UVwt8aKHuLg/viewform
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş