Qida Təhlükəsizliyi İnstitutu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
16 İyun 2021 11:59
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
İnstitutun İdarə Heyətinin sədri Sadiq Məmmədov və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov tərəfindən imzalanan memorandumda qanda pestisid qalıqlarının və ağır metalların tədqiqi, tətbiqi sekvensləmə və yeni nəsil sekvensinq (NGS) məlumatlarının təhlili, laboratoriyalararası səriştəlilik sınaqlarının təşkili, təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın genişləndirilməsi öz əksini tapıb.
Anlaşma memorandumuna əsasən kadr potensialının gücləndirilməsi, müxtəlif müayinə metodlarının qarşılıqlı müqayisəli istifadəsi və digər sahələrdə uzunmüddətli əməkdaşlıq həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş