Qida Təhlükəsizliyi İnstitutu və Avropa Qida Təhlükəsizliyi Qurumunun nümayəndələri arasında görüş keçirilib
18 Fevral 2021 16:26
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
16 fevral 2021-ci il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) nümayəndələri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Görüşdə AQTİ-də qida təhlükəsizliyi, baytarlıq və fitonasitar sahədə aparılan və planlaşdırılan elmi-tədqiqat işləri ilə bağlı məlumat verilib. Eyni zamanda İnstitutda həyata keçirilən tədqiqat işləri və peşəkar kadrların formalaşdırılması istiqamətində EFSA-nın dəstəyinin təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində AQTİ və EFSA arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş