Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
18 May 2021 10:06
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda innovativ həllərin tətbiqi uğurla davam edir. Hazırda respublikanın müxtəlif bölgələrində qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 15 laboratoriya vahid korporativ elektron şəbəkədə birləşdirilib. Laboratoriyaların idarə edilməsində və işlərin icrasında operativliyin təmin edilməsi üçün Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) daxili alt sistemi olan “Laboratoriya İdarəetmə Sistemi” 15 laboratoriyada tətbiq edilib. Sistemin əsas funksionallığı sınaq üçün tətbiq edilən nümunələrin izlənməsindən və təhlükəsizliyinin təmin edilməsindən, eləcə də ödənişlərin onlayn qaydada həyata keçirilməsindən ibarətdir. Bütün bu proseslər sistem ilə icra edilir, yekun protokol sahibkarlara operativ təqdim edilir. Protokollarda məlumat təhlükəsizliyinin və tamlığının qorunması üçün QR kod ilə yoxlama və təsdiqləmə funksiyaları da mövcuddur. Bununla yanaşı, sahibkarlar və fərdi müştərilər E-AQTA mobil tətbiqindən istifadə edərək sınaq nəticələri barədə məlumatları operativ şəkildə əldə edə və ödənişlərini vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər. Sistemin tətbiqi idxal-ixrac prosesinin operativliyinə təkan verməklər yanaşı, sahibkarlara vaxt itkisi olmadan öz müraciətlərinin icra vəziyyətini izləməsinə imkan verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xidmət keyfiyyətinin yüksəldilməsi və innovativ həllərin tətbiqi və laboratoriyalarda müasir texnologiyaların tətbiq edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş