“Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” təsdiq olunub
17 Aprel 2023 15:11
Nazirlər Kabineti “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, bu qərar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu dərc olunduğu gündən 2 (iki) il sonra qüvvəyə minir.
Həmçinin bildirilir ki, bu qayda “Qida təhlükəsizliyi haqqında” Qanununun 27.4-cü maddəsinə uyğun olaraq hazırlanıb, qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi, o cümlədən qida subyektini həmin məhsullarla təchiz edən subyektləri və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsi qaydasını tənzimləyir. Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil edilir. Qaydanın məqsədi qida subyektlərini qida və yem məhsulları, qida məhsulları əldə olunan heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların məhsulları ilə təchiz etdiyi subyektləri müəyyənləşdirməyə imkan verən izləmə sisteminin və prosedurlarının tətbiq olunmasını və bununla qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsini, habelə istehlakçıların (istifadəçilərin) qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsini təmin etməkdən ibarətdir.
Qaydada ümumi müddəalar, məhsulların izlənilməsinə dair ümumi tələblər və qida subyektlərinin izləmə sistemlərinə və prosedurlarına dair tələblər əksini tapıb.
Oxşar xəbərlər
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, İmişli) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir. Namizədə dair tələblər: • Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); • Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; • Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; • Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: • Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; • Epidemioloji məlumatları toplamaq, emal etmək, təhlilini aparmaq və hesabatlarını hazırlamaq; • Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; • Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; • Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək. Əlavə məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 02.11.2026
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib. Yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Aktif Life Pharma İlaç Medikal Sanayi Ticaret Anonim Şirketi”nin filialının fəaliyyəti ilə tanış olub. AQTA sədrinə müəssisənin istehsal potensialı və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Q.Təhməzli müəssisənin istehsal və emal sahələri, texnoloji xətləri, laboratoriyası və sınaq imkanlarını nəzərdən keçirib. Bildirilib ki, müəssisədə bioloji aktiv qida məhsullarının emalı həyata keçirilir. Tanışlıq zamanı istehsal prosesində qida təhlükəsizliyi tələblərinə əməl olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin təmin edilməsi, eləcə də laboratoriya nəzarətinin təşkili ilə bağlı məsələlər diqqət mərkəzində olub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
AQTA sədri bioloji aktiv qida məhsulları istehsal edən müəssisənin fəaliyyəti ilə tanış olub
Giriş