Qida təhlükəsizliyi sahəsində Türkiyə təcrübəsi öyrənilir
12 İyun 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət heyət Türkiyə Respublikasına işgüzar səfər edib.
Səfər Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” Layihəsi çərçivəsində həyata keçirilib.
Səfər Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” Layihəsi çərçivəsində həyata keçirilib. Qida təhlükəsizliyi sahəsində İnformasiya Sisteminin tətbiqinə dair Türkiyə Respublikasının təcrübəsi ilə yaxından tanış olmaq məqsədi daşıyan səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Milli Qida İstinad Laboratoriyasında görüşlər keçirilib. AQTA nümayəndə heyəti qida təhlükəsizliyi sahəsində informasiya sisteminin tətbiqinə dair Türkiyə təcrübəsi ilə yaxından tanış olub və bu sistemin tərkib hissələri olan qeydiyyat və təsdiq, nəzarət, nümunəgötürmə və laboratoriya, idxal və ixrac modulları, risk əsaslı təftiş və risklərin qiymətləndirilməsi, həmçinin heyvan identifikasiyası mexanizmi haqqında geniş məlumat əldə edib.
Nümayəndə heyəti türkiyəli həmkarları ilə qida təhlükəsizliyinə sistematik yanaşmanın əhəmiyyəti haqqında fikir mübadiləsi aparıb. Tədbir çərçivəsində Milli Qida İstinad Laboratoriyasının icraçı direktoru Berrin Şenöz və Qidaya nəzarət və laboratoriya departamentinin direktoru Hüseyn Özkan ilə görüşlər keçirilib.
Səfərin sonunda nümayəndə heyəti Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin regional bölmələrinin müasir ət emalı müəssisəsinin fəaliyyəti, təftiş, nümunəgötürmə, laboratoriyadakı analiz prosesləri, tətbiq olunan yeni metodlar və xidmətlərlə yaxından tanış olub.
Qeyd edək ki, 2000-ci ildən öz fəaliyyətini Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdıran və Almaniya modeli əsasında qurulan qardaş Türkiyə Respublikası qida təhlükəsizliyi sahəsində qabaqcıl ölkələrdəndir.
Oxşar xəbərlər
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş