Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir - AQTA istehlakçıları aktiv iştiraka çağırır
27 Avqust 2019 04:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində vətəndaşların prosesə aktiv cəlb edilməsi, ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi ilə Agentlik tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir.
Vətəndaşların diqqətini qida təhlükəsizliyi mövzusunun vacibliyinə çəkmək, prosesdə onların rolunu əhəmiyyətli dərəcədə artırmaq, istehlakçıların ictimai nəzarətdə aktiv iştirakını təmin etmək üçün Agentlik əhalinin gediş-gəlişinin sıx olduğu ərazilərdə, küçələrdə, ictimai nəqliyyat vasitələrində məlumat lövhələri yerləşdirib.
Belə ki, Bakı Metropoliteni stansiyalarında quraşdırılan monitorlarda və paytaxt ərazisində hərəkət edən “BakuBus” avtobusları üzərində vətəndaşları prosesdə aktiv iştiraka səsləyən maarifləndirici şüarlar və məlumatlar yerləşdirilib. “İstehlak etdiyin qida məhsullarına diqqət et! Unutma ən yaxşı qida nəzarətçisi elə sən özünsən!”, “Sağlam gələcəyə gedən yol həm də qida təhlükəsizliyindən keçir. İstehlakçı olaraq hüquqlarını öyrən və öz mövqeyini ortaya qoy!”, “Ailənin və sevdiklərinin sağlam gələcəyi üçün sən də bizə qoşul. Təhlükəsiz gələcəyə gedən yolda birgə addımlayaq!” və s. kimi müxtəlif şüarların əks olunduğu məlumatlar vətəndaşları ictimai nəzarətdə aktiv iştiraka çağırır.
Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş