Qida təhlükəsizliyinin 7 qızıl qaydası: HACCP prinsipləri
18 Sentyabr 2026 12:21
Qida məhsullarının təhlükəsizliyi müəssisələr üçün həm sağlamlıq, həm də etibar məsələsidir.
HACCP-in 7 qızıl prinsipi bunun təmin olunmasının ən etibarlı yoludur:
1. Təhlükə analizi – Hər mərhələdə qida zəhərlənməsinə səbəb ola biləcək bakteriyalar, allergenlər və yad cisimlər kimi risklər müəyyən edilir.
2. Kritik Nəzarət Nöqtələri – Yalnız bu nöqtələrdə tətbiq olunan nəzarət təhlükəni dayandırır.
3. Kritik limitlər – Hər kritik nəzarət nöqtəsi üçün qəbul edilə bilən sərhədlər müəyyən edilir. Məsələn, bişmə temperaturu və müddəti.
4. Monitorinq – Proseslər davamlı izlənir, problemlər dərhal aşkarlanır.
5. Korrektəedici tədbirlər – Uyğunsuzluq baş verərsə, dərhal müdaxilə edilir.
6. Verifikasiya – Sistem effektivliyi yoxlanılır və qiymətləndirilir.
7. Sənədləşmə – Hər addım yazılı və təsdiqlənmiş formada saxlanılır.
Beləliklə, nəzarət hər zaman əlçatan olur.
Bu prinsiplər sadəcə kağız üzərində yazılmış prosedurlar deyil. Onlar bütün istehsalat prosesinizə tətbiq olunan elmi əsaslı idarəetmə sistemidir.
Bir sözlə, müəssisəyə HACCP prinsipləri tətbiq olunduqda qida məhsullarında risklər minimuma endirilir, məhsullar təhlükəsiz olur və etibar artır.
HACCP prinsiplərini gündəlik istehsalatınıza tətbiq etməklə riskləri minimuma endirmək və məhsullarınızın etibarını artırmaq üçün www.afsi.gov.az saytına daxil olun və ya "1003 - Çağrı Mərkəzi" ilə əlaqə saxlayın.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Azərbaycandan Bolqarıstan və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş