Qida zəhərlənmələrinin əsas səbəbi və riayət etməli olduğumuz 5 Qızıl Qayda
22 İyul 2025 11:03
Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir.
Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə bilərlər:
Oxşar xəbərlər
Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb − VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb. Baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib. Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb. Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb. Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızı izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində qablaşdırıb hər hansı icazə sənədi olmadan “Instagram” hesabları (“tea_by_gunay”, “healthby_mehtizadeh”) vasitəsilə onlayn satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri də müəyyən edilib. Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib. AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir. Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına, istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna, eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir. Daha ətraflı:
AQTA əməkdaşları üçün “Dövlət Qulluğunda Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur bölmə əməkdaşlarının iştirakı ilə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda onlayn formatda təlim keçirilib. Təlim zamanı iştirakçılara korrupsiya ilə mübarizə sahəsində beynəlxalq standartlar və müasir təcrübə, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda qanunvericiliyə əlavə olunmuş “korrupsiya riski” və “korrupsiya risklərinin idarə edilməsi” anlayışlarının hüquqi mahiyyəti və tətbiqi qaydaları izah edilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qida istehsalçıları və sahibkarların nəzərinə!
İstehlakçıların sağlamlığının qorunması məqsədilə qida məhsullarının etiketində göstərilməsi zəruri olan 14 allergenlə bağlı tələblərə diqqət yetirin. 1 yanvar 2027-ci il tarixindən etibarən qayda qüvvəyə minir. Əgər məhsulunuzun tərkibində allergenlərdən hər hansı biri varsa, bu barədə məlumat etiketdə aydın şəkildə göstərilməlidir. Allergen riski yalnız istifadə olunan xammalla bağlı deyil. Eyni istehsal xəttində və ya ortaq avadanlıqlarda müxtəlif məhsulların hazırlanması da çarpaz çirklənmə riski yaradır. Bu səbəbdən: İstehsal xətlərinizdə allergen risklərini müəyyənləşdirin; Çarpaz çirklənmə ehtimalını qiymətləndirin; Etiket məlumatlarını vaxtında yeniləyin. İstehlakçıya doğru və aydın məlumat vermək qida təhlükəsizliyinin mühüm şərtlərindən biridir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş