
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub.

29-30 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Şəmkir rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən, Orucov İsmayıl Barat oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kampot əyalətində və Bolqarıstan Respublikasının Dobriç vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Nəzarət tədbirləri çərçivəsində Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Qəniyev Sadiq Seyyat oğluna məxsus “Bığ” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən təkrar yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs (AQTİ) Tovuz rayonunda qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, bitki mühafizəsi, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik və bioloq ixtisaslarına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

Paytaxtda qanunvericiliyin tələblərini pozan dönərxanalarla bağlı tədbirlər görülüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 162 nömrəli tam orta məktəbdə təşkil olunub.

28 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub.

Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Göyçay rayonunun Mirzəhüseynli, Qızılağac, Şıxbəy, Potu, Cəyirli kəndlərində yerləşən xurma, nar və heyva bağlarında monitorinqlər keçirilib.