
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 15-i saat 10:00-da Şəmkir Rayon İcra Hakimiyyətində Şəmkir, Gədəbəy, Ağstafa, Tovuz, Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

23-24 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində ölkəmizə Türkiyə Respublikasından qida məhsulları idxal edən sahibkarlarla görüş olub.

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, mənzil 75 ünvanında yerləşən, fiziki şəxs Rzayev Əhirman Eynulla oğluna məxsus quş kəsimi və hisə verilməsi müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsi 32A ünvanında yerləşən, Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 24-də Qax Rayon Heydər Əliyev Mərkəzində Qax, Zaqatala, Balakən, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, bu sahədə araşdırmaların miqyası daha da genişləndirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) elmi məlumat bazasından elmi məqsədlər üçün istifadəni müvafiq elmi qurumlar üçün açıq elan edib. Bu addım qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi işində ölkə elminə və təhsilinə dəstək vermək məqsədilə atılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir. Eyni zamanda, bu vaxtadək Agentliyə təsdiq üçün müraciət etməyən müəssisələrlə bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

22 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi ilə bağlı olan sahələr üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini birgə əməkdaşlığa dəvət edir.