
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi işğaldan azad olunmuş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, o cümlədən həmin ərazilərə köçürülən əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaradılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

20 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “LGC standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.

Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsi 16 ünvanında yerləşən, Əliyev Dünyamin Musa oğluna məxsus hisə verilmiş toyuq məhsullarının istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

17 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

16-17 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda fəaliyyət göstərən 4 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Ələsgərova Güllü Bəhlul qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Daxil olan vətəndaş müraciəti əsasında Tərtər rayonu ərazisində yerləşən, fiziki şəxs Bayramlı Şamil İdris oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən plandankənar yoxlama keçirilib.

16 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 3 müəssisədə nöqsanlar müəyyən olunub.