Qoşqar Təhməzli süd emalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
31 İyul 2026 16:31
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Xırman" MMC-yə məxsus “Qaymaq” əmtəə nişanlı süd və süd məhsullarının emalı müəssisəsində olub.
Müəssisədə emal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin olunması istiqamətində görülən işlərlə tanış olan Agentlik sədri məhsulların laborator analizlərinin həyata keçirildiyi laboratoriyaya da baxış keçirib.
AQTA sədri müəssisədə qida təhlükəsizliyi sistemlərinin davamlı təkmilləşdirilməsinin, emal proseslərində yüksək keyfiyyət standartlarının qorunmasının və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
AQTA və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, sahibkarların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahələrində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Padar kəndində Həbibullayev Şahin Şahid oğluna məxsus meyvə bağında fitosanitar monitorinq aparılıb. Monitorinq zamanı şaftalı bitkisindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb. Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Eyni zamanda, təsərrüfat sahibinə bağda mütəmadi monitorinqlərin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarına riayət olunması və gələcək əkinlərdə yalnız sağlam, sertifikatlaşdırılmış əkin materialından istifadə edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə edildikdə isə dərhal Agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır. Erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.
AQTA və KTN-nin nümayəndələri Naxçıvanda səfərdə olublar
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 30-da Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüblər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və quşçuluq təsərrüfatı rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə dövlət dəstəyi nəticəsində muxtar respublikada epizootik sabitliyin qorunması, biotəhlükəsizlik məsələləri, əhalinin quş əti və süfrə yumurtasına olan daxili tələbatının ödənilməsi, eləcə də gələcəkdə ixrac potensialının yaradılması istiqamətində görüləcək kompleks tədbirlər barədə danışılıb. Daha sonra 4 quşçuluq təsərrüfatına baxış keçirilərək müəssisələrin istehsal gücü, damazlıq və yem təminatı, infrastruktur imkanları ilə bağlı mövcud vəziyyət qiymətləndirilib. Yerli təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparılıb. Naxçıvanda quşçuluq təsərrufatlarının dayanıqlı inkişafına yönəlmiş birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş