Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
11 İyun 2024 15:15
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 16, 17 iyun tarixlərində bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.
Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları afsa.gov.az/az/qurban-bayrami-2024 linkinə və ya “Qurban bayramı 2024” bölməsinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:
№ |
Qurbanlıq heyvanların satış və kəsim yerlərinin ünvanı |
Satışı və kəsimi təşkil edəcək hüquqi və ya fiziki şəxs |
Fəaliyyət istiqamətləri |
Binəqədi rayonu üzrə |
|||
1 |
8-ci mkr, C.Xəndan küçəsi 52C (kəsim məntəqəsi) |
Baxşəliyev Kənan Şakir oğlu |
Kəsim-satış |
2 |
Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 9 (kəsim məntəqəsi) |
Ağayev Mürvət Qərib oğlu |
Kəsim-satış |
3 |
Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 175/41 |
Abasov Abasəli Qəni oğlu |
Kəsim-satış |
4 |
Binəqədi-Novxanı yolu (SOCAR YDM-nin arxası, diri heyvan bazarı) |
Meybullayev Faiq Güllər oğlu |
Yalnız satış |
5 |
H.Babaşov küçəsi, (Zeytun ailəvi restoranı ilə üzbəüz) |
Hüseynov Fərman Mərkəz oğlu |
Yalnız satış |
Nərimanov rayonu üzrə |
|||
1 |
Ə.Əliyev küçəsi 26 ("Bakı Taxıl" ASC-nin ərazisi, kəsim məntəqəsi) |
Ergün Ucal Avşer oğlu |
Kəsim-satış |
2 |
Ə.Əliyev küçəsi 36 (Keşlə Bazarı) |
Qarayev Anar Allahverdi oğlu |
Kəsim-satış |
3 |
Ə.Əliyev küçəsi, 1993-cü məhəllə |
Abbasov Samir Simran oğlu |
Kəsim-satış |
Nəsimi rayonu üzrə |
|||
1 |
A.Mustafayev küçəsi 23/24 |
"Ticarət Mərkəzi-6" ASC |
Kəsim-satış |
Nizami rayonu üzrə |
|||
1 |
H.Əliyev prospekti 92 |
"Bəsit" firması |
Kəsim-satış |
2 |
H.Əliyev prospekti 92 |
"ESE" MMC |
Kəsim-satış |
3 |
M.Abbasov küçəsi, 2405-ci məhəllə |
İsayev Əzizağa Namizəd oğlu |
Kəsim-satış |
4 |
Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 |
"Aztəsərrüfat" MMC |
Kəsim-satış |
5 |
Çobanzadə küçəsi 63, 2403-cü məhəllə |
Hüseynov Nəsimi Saleh oğlu |
Kəsim-satış |
Pirallahı rayonu üzrə |
|||
1 |
Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi |
Ramil Quluzadə |
Kəsim-satış (Çadır) |
Qaradağ rayonu üzrə |
|||
1 |
Lökbatan qəsəbəsinin cənub hissəsi |
“Kəsim Yeri” MMC |
Kəsim-satış |
2 |
Salyan şosesi, Lökbatan yolu 22 (Binə ticarət mərkəzinin qarşısı "50 Qəpik" restoranının yanı) |
“RR Trade” MMC-yə məxsus "A-Terminal" kəsim məntəqəsi |
Kəsim-satış |
3 |
Lökbatan qəsəbəsi, 28 May küçəsi 7 |
Quliyev Taryel Suracəddin oğlu |
Kəsim-satış |
4 |
Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzi (4-cü ərazi, sahə 1) |
Əliyev Çingiz Arif oğlu |
Kəsim-satış |
Sabunçu rayonu üzrə |
|||
1 |
Zabrat qəsəbəsi, Babək küçəsi 110H |
“Azmeat Production ” MMC |
Kəsim-satış |
2 |
Ramana qəsəbəsi, Şuşa küçəsi, kəsim məntəqəsi |
Səmədov Nazim Allahverdi oğlu |
Kəsim-satış |
Səbail rayonu üzrə |
|||
1 |
G.Əliyev küçəsi 20 |
Əliyev Hamlet Soltan oğlu |
Kəsim-satış |
Suraxanı rayonu üzrə |
|||
1 |
Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən |
Cəlilov Salman Abdulla oğlu |
Yalnız satış |
2 |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən |
Həsənov Natiq Asif oğlu |
Yalnız satış |
Xətai rayonu üzrə |
|||
1 |
H.Aslanov qəsəbəsi, 8 Noyabr prospekti 7, dairəvi 86 (ət bazarı) |
Rüstəmov Cəsarət Sofiq oğlu |
Kəsim-satış |
Xəzər rayonu üzrə |
|||
1 |
Buzovna qəsəbəsi, H.Sadiq küçəsi 27 |
"Az Protein Foods Group" MMC |
Kəsim-satış |
2 |
Buzovna qəsəbəsi, H.D.Səmədzadə küçəsi 28 |
İsmayılov Fəxrəddin Allahverdi oğlu |
Kəsim-satış |
3 |
Şüvəlan qəsəbəsi, 1160K saylı bağ sahəsi |
İslamov Ramin Paşa oğlu |
Kəsim-satış |
4 |
Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 116 (Mir Mövsüm Ağa ziyarətgahı) |
Əliyev Füzuli Həbib oğlu |
Kəsim-satış (Ziyarətgah) |
5 |
Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsi 78 |
"EL-Fermer" MMC |
Kəsim-satış |
6 |
Ramana qəsəbəsi, 3-cü sahə |
Hacıyev Rövşən Vəliş oğlu |
Kəsim-satış |
7 |
Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 3 (Pir Həsən Ağa ziyarətgahı) |
Cəlilov Mahir Lətif oğlu |
Kəsim-satış (Ziyarətgah) |
8 |
Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi |
Rüstəmov İlham Əlməmməd oğlu |
Kəsim-satış |
9 |
Binə qəsəbəsi, Donuz kökəltmə sovxozu, Yeni yaşayış massivi, (Ailə marketin yaxınlığı) |
Ələkbərov Əzim Əmir oğlu |
Kəsim-satış |
Yasamal rayonu üzrə |
|||
1 |
A.M.Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının ərazisi |
Abbaszadə Elnur |
Kəsim-satış (Çadır) |
Abşeron rayonu üzrə |
|||
1 |
Aşağı Güzdək qəsəbəsi |
"Canət" MMC |
Yalnız kəsim |
2 |
Pirəkəşkül kəndi |
"Gold Vine" MMC |
Yalnız kəsim |
3 |
Xırdalan şəhəri |
Məstəliyev Nicat Şəmi oğlu |
Yalnız kəsim |
4 |
Məmmədli kəndi |
Rüstəmov Rafiq Ətraf oğlu |
Yalnız kəsim |
5 |
Məmmədli kəndi |
Niftəliyev Ramin İman oğlu |
Yalnız satış |
Ağcabədi rayonu üzrə |
|||
1 |
Aşağı Avşar kəndi |
Məhərrəmov Vüsal Qubad oğlu |
Kəsim-satış |
2 |
Rəncbərlər kəndi |
Allahverdiyev Hüseyn Nizami oğlu |
Yalnız satış |
Ağdam rayonu üzrə |
|||
1 |
Quzanlı kəndi |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
Yalnız kəsim |
Ağdaş rayonu üzrə |
|||
1 |
H.Əliyev prospekti 169 |
İsmayılov Elçin Əlövsət oğlu |
Yalnız kəsim |
2 |
Aşağı Zeynəddin kəndi |
Əzizov Məhəmməd Lətif oğlu |
Yalnız satış |
Ağstafa rayonu üzrə |
|||
1 |
Dağ Kəsəmən kəndi |
Cürənli Elyar Firuddin oğlu |
Yalnız kəsim |
2 |
Dağ Kəsəmən kəndi |
Cürənli Elyar Firuddin oğlu |
Yalnız satış |
Ağsu rayonu üzrə |
|||
1 |
Navahı kəndi |
Kazımov Eldar Qulam oğlu |
Yalnız satış |
Balakən rayonu üzrə |
|||
1 |
Hənifə kəndi |
Şeyxov Soltanməcid |
Yalnız satış |
Bərdə rayonu üzrə |
|||
1 |
Qaradağlı kəndi |
Baxtiyarov Orxan Bəxtiyar oğlu |
Kəsim-satış |
2 |
Qaradağlı kəndi |
Quliyev İxtiyar İlham oğlu |
Yalnız kəsim |
3 |
Saatlı kəndi |
Qənbərov Bağır Abil oğlu |
Yalnız kəsim |
4 |
Seyid Yusifli kəndi |
Yusifov Səbuhi Sabir oğlu |
Yalnız kəsim (Ziyarətgah) |
Beyləqan rayonu üzrə |
|||
1 |
Eyvazlılar kəndi |
Qəhrəmanov Fərid Qəhrəman oğlu |
Yalnız satış |
Cəlilabad rayonu üzrə |
|||
1 |
Cavadxan küçəsi 116A |
Cəfərov Elyas Davud oğlu |
Yalnız kəsim |
2 |
Azərbaycan küçəsi 9 |
Abiyev Famil İslam oğlu |
Yalnız satış |
3 |
Qurtuluş prospekti 213 |
Həsənov Arzuman Əli oğlu |
Yalnız satış |
4 |
Cavadxan küçəsi 23 |
Babayev İlqar Zəkulla oğlu |
Yalnız satış |
5 |
Qurtuluş prospekti 76 |
Hüseynov Vüqar Savad oğlu |
Yalnız satış |
6 |
Göytəpə şəhəri, Qurtuluş küçəsi 90 |
Əmirov Nazim Saroğlan oğlu |
Yalnız satış |
7 |
Göytəpə şəhəri, O.Eynulla küçəsi 14 |
Həsənov Fuad Qurban oğlu |
Yalnız satış |
Daşkəsən rayonu üzrə |
|||
1 |
Xoşbulaq kəndi |
Məmmədov Arzu Mehti oğlu |
Kəsim-satış |
Füzuli rayonu üzrə |
|||
1 |
Milli qəhrəman Seymur Məmmədov küçəsi |
- |
Kəsim-satış (Çadır) |
2 |
1 nömrəli Qayıdış qəsəbəsi |
Babayev Zaur Vahid oğlu |
Yalnız satış |
Gədəbəy rayonu üzrə |
|||
1 |
Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
"Anar" MMC |
Yalnız kəsim |
2 |
Yenikənd kəndi |
Bayraməliyev Mübariz Qəşəm oğlu |
Yalnız satış |
3 |
Novosaratovka kəndi |
"Rüfət" MMC |
Yalnız satış |
Gəncə şəhəri üzrə |
|||
1 |
M.Bağırov küçəsi |
İsmayılov Məhəmməd Şükür oğlu |
Kəsim-satış |
2 |
Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı |
Salmanov Mahir Süleyman oğlu |
Kəsim-satış |
3 |
İmamzadə Ziyarət kompleksinin qurbangahı |
- |
Kəsim-satış (Ziyarətgah) |
4 |
Nizami rayonu, “Quş Südü” şadlıq evinin yanı |
Məmmədov Qəhrəman Zahid oğlu |
Yalnız kəsim |
Goranboy rayonu üzrə |
|||
1 |
C.Cabbarlı küçəsi 6 |
İsmayılzadə Bəhman Yahya oğlu |
Kəsim-satış |
Göyçay rayonu üzrə |
|||
1 |
Çayarxı kəndi |
Hacıyev Habil Məsim oğlu |
Yalnız kəsim |
2 |
Qarabaqqal kəndi, mal-qara satış bazarı |
Həsənzadə Əliağa |
Yalnız satış |
Göygöl rayonu üzrə |
|||
1 |
Göygöl şəhəri, A.Şadlinski küçəsi 1 |
Muradov Əziz Beqzadoviç |
Kəsim-satış |
2 |
Qızılca bələdiyyəsi ərazisi |
Vəliyeva Ülkər Qurban qızı |
Kəsim-satış |
3 |
Qızılqaya qəsəbəsi 52B |
Qurbanov Vidadi Qədir oğlu |
Kəsim-satış |
4 |
Aşıqlı kəndi |
Babayev Emin Məmmədəli oğlu |
Kəsim-satış |
İmişli rayonu üzrə |
|||
1 |
İmişli şəhəri, H.Əliyev prospekti 1 |
"Taleh "ATSC |
Yalnız kəsim |
2 |
Otuziki kəndi |
“Muğan Aqro” MMC |
Yalnız satış |
İsmayıllı rayonu üzrə |
|||
1 |
İsmayıllı şəhəri, H.Əliyev prospekti 7, |
Əsədov Səyyaf Əsəd oğlu |
Kəsim-satış |
Lənkəran rayonu üzrə |
|||
1 |
Lənkəran şəhəri, Füzuli küçəsi 78 |
Məmmədova Ziyadə Səttar qızı |
Yalnız kəsim |
Masallı rayonu üzrə |
|||
1 |
Kürdəbaz kəndi |
Qardaşov Mahir Bəbir oğlu |
Kəsim-satış |
2 |
Boradigah qəsəbəsi |
İbrahimzadə Hüseynəli Fərhad oğlu |
Yalnız kəsim |
3 |
Seybətin dairəsi |
Əliyev İsabala İskəndər oğlu |
Yalnız kəsim |
Mingəçevir şəhəri üzrə |
|||
1 |
Təbriz küçəsi |
Əliyev Rəvan Ramiz oğlu |
Yalnız kəsim |
2 |
Təbriz küçəsi |
Əliyev Rəvan Ramiz oğlu |
Yalnız satış |
Neftçala rayonu üzrə |
|||
1 |
Neftçala şəhəri, M.Əsədov küçəsi |
Hüseynov Tofiq Alxos oğlu |
Yalnız satış |
Oğuz rayonu üzrə |
|||
1 |
Oğuz şəhəri ilə Xalxal yolunun kəsişməsi |
Nazarov Şaiq Umar oğlu |
Yalnız kəsim |
Qax rayonu üzrə |
|||
1 |
Qax şəhəri, İ.Dağıstanlı küçəsi 1 |
“Qax Bazar” MMC |
Yalnız satış |
Qazax rayonu üzrə |
|||
1 |
Qazax şəhəri, Ə.Şıxlınski küçəsi 100 |
Məmmədov Səməd İsə oğlu |
Yalnız kəsim |
2 |
Qazax şəhəri, N.Nərimanov küçəsi |
Şahin Əliyev Meydan oğlu |
Yalnız satış |
Qəbələ rayonu üzrə |
|||
1 |
Qəbələ şəhəri, H.Əliyev prospekti 9 |
"NTEV" MMC |
Yalnız satış |
Qobustan rayonu üzrə |
|||
1 |
Bakı-Qazax yolunun kənarı |
Qəniyev Münasib Gülmurad oğlu |
Kəsim-satış |
Quba rayonu üzrə |
|||
1 |
Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi |
Həmdullayev Asif Əhmədağa oğlu |
Kəsim-satış |
2 |
Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi |
Qafarov Məhsim Yasər oğlu |
Kəsim-satış (Çadır) |
Qusar rayonu üzrə |
|||
1 |
Ç.Qurbanov küçəsi, Qusarçay çayının sahili |
Hacıqayıbov Nadir Teymurxan oğlu |
Kəsim-satış |
Saatlı rayonu üzrə |
|||
1 |
H.Əliyev prospekti 193A |
Ağayev Xəlil Yasim oğlu |
Yalnız satış |
2 |
H.Əliyev prospekti 183A |
Aydınov Araz Məmmədağa oğlu |
Yalnız satış |
3 |
H.Əliyev prospekti 202A |
Əhmədov Səfiyar Əliyev oğlu |
Yalnız satış |
4 |
H.Əliyev prospekti 202A |
Əliyev Ulduz Əliağa oğlu |
Yalnız satış |
Sabirabad rayonu üzrə |
|||
1 |
Bulaqlı kəndi |
Kamran Nuriyev Fəxrəddin oğlu |
Yalnız kəsim |
2 |
Sabirabad şəhəri, H.Əliyev prospekti 74 |
Hacıəliyev Emil Əşrəf oğlu |
Yalnız satış |
3 |
Sabirabad şəhəri, H.Əliyev prospekti 104C |
Fərzəliyev İxtiyar Fərzalı oğlu |
Yalnız satış |
4 |
Yenikənd kəndi |
Şirinov Əlikişi Şirin oğlu |
Yalnız satış |
5 |
Ulacalı kəndi |
Xanməmmədov Xanməmməd Əliqulu oğlu |
Yalnız satış |
6 |
Qalağayın kəndi |
Abdullayev Elnur Nazim oğlu |
Yalnız satış |
7 |
Qaratəpə kəndi |
İmanov Mehdi Balazaman oğlu |
Yalnız satış |
Şabran rayonu üzrə |
|||
1 |
Şabran şəhəri, M.Müşfiq küçəsi 7 |
Ağarzayev Azər Ağakərim oğlu |
Kəsim-satış |
Salyan rayonu üzrə |
|||
1 |
Aşağı Noxudlu kəndi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci km-i |
İsmayılov Elşad Seyfulla oğlu |
Yalnız satış |
Şamaxı rayonu üzrə |
|||
1 |
Şəhriyar qəsəbəsi |
Şıxıyev Hacıbaba Hacıbala oğlu |
Kəsim-satış |
2 |
Şamaxı-Əngəxaran avtomobil yolunun sol hissəsi |
Şamaxı Rayon İcra Hakimiyyəti |
Yalnız satış |
3 |
Şəhriyar qəsəbəsi |
Şıxıyev Hacıbaba Hacıbala oğlu |
Yalnız satış |
Samux rayonu üzrə |
|||
1 |
Tatlı kəndi |
Qarayev İlham Teyyub oğlu |
Kəsim-satış |
2 |
Qarayeri qəsəbəsi |
Əliyev Elmar Elşən oğlu |
Kəsim-satış |
Şəki rayonu üzrə |
|||
1 |
Şəki şəhəri, S.Mümtaz küçəsinin yaxınlığı |
Əliyev Vasif Vaqif oğlu |
Yalnız kəsim |
2 |
Şəki şəhəri, S.Mümtaz küçəsi |
Qaffarov Tahir İsmayıl |
Yalnız satış |
Şəmkir rayonu üzrə |
|||
1 |
Şəmkir-Çinarlı yolunun sağ tərəfi |
Əliyev Asəf Sakit oğlu |
Yalnız kəsim |
2 |
Dəllər Cəyir kəndi |
Əliyev Natiq Zirəddin oğlu |
Yalnız kəsim |
3 |
Düyərli kəndi |
Namazov Yaşar İmran oğlu |
Yalnız kəsim |
4 |
Sabirkənd kəndi |
Məmmədov Nurəddin Yusif oğlu |
Yalnız kəsim |
5 |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi 35 |
"Həbibli-1" MMC (Yusibov Elxan İsa oğlu) |
Yalnız satış |
Şirvan şəhəri üzrə |
|||
1 |
Naxçıvan küçəsi 24 |
Tərlanov İsmayıl Xasay oğlu |
Yalnız kəsim |
2 |
Ş.Şükürov küçəsi |
Abıyev Fərid Famil oğlu |
Yalnız satış |
3 |
Ş.Şükürov küçəsi |
Həsənov Taryel Saleh oğlu |
Yalnız satış |
4 |
1 May küçəsi |
Qələndərov Xəyal Nemət oğlu |
Yalnız satış |
Siyəzən rayonu üzrə |
|||
1 |
Beşdam bələdiyyəsinin ərazisi |
Famil Hasilov |
Kəsim-satış |
Sumqayıt şəhəri üzrə |
|||
1 |
İnşaatçılar küçəsi 61A |
Aytən Quliyeva Edvard qızı |
Kəsim-satış |
2 |
Çerkassi küçəsi, 46-cı məhəllə |
Vasif Hünbətov Hünbət oğlu |
Kəsim-satış |
Tərtər rayonu üzrə |
|||
1 |
Tərtər şəhəri, Cavanşir küçəsi 84 |
Nağıyev Arzu Fazil oğlu |
Yalnız kəsim |
Tovuz rayonu üzrə |
|||
1 |
Tovuz şəhəri, M.Musayev küçəsi |
Məmmədova Alidə Mübariz qızı |
Yalnız kəsim |
2 |
Qovlar şəhəri, M.Şəhriyar küçəsi |
Paşayev Şəmsi Qəzənfər oğlu |
Yalnız kəsim |
3 |
Ceyrançöl ərazisi |
"Tovuz Agro" MMC, Məmmədova Xanım Eynulla qızı |
Yalnız kəsim |
4 |
Aşağı Quşçu kəndi, heyvan bazarı |
Ələkbərova Kifayət Allahverdi qızı |
Yalnız satış |
Xaçmaz rayonu üzrə |
|||
1 |
Qaraqurdlu kəndi |
“Şahdağ Süd və Ət” MMC, Həmidov Rauf |
Kəsim-satış |
Yevlax rayonu üzrə |
|||
1 |
Aşağı Bucaq kəndi |
Kərimli Şirin Nizam oğlu |
Yalnız kəsim |
2 |
Salahlı kəndi |
Xəlilov Nazim Əlfət oğlu |
Yalnız kəsim |
3 |
Aran qəsəbəsi |
Rzapur Etibar Müseyib oğlu |
Yalnız kəsim |
4 |
Salahlı kəndi |
Əhmədov Əmirxan Azər oğlu |
Yalnız satış |
Zaqatala rayonu üzrə |
|||
1 |
Muxax kəndi |
Əhmədov Zeynulla İsmayıl oğlu |
Kəsim-satış |
2 |
Əliabad qəsəbəsi |
Sulxayev Ədalət Məmməd oğlu |
Kəsim-satış |
3 |
Aşağı Tala kəndi |
Mehdiyev Rahib Rasim |
Yalnız kəsim |
Zərdab rayonu üzrə |
|||
1 |
Zərdab şəhəri, Füzuli küçəsi 17 |
Həsənov Azər İbrahimxəlil |
Kəsim-satış |
Zəngilan rayonu üzrə |
|||
1 |
Ağalı kəndi |
- |
Kəsim-satış (Çadır) |
Ağdərə rayonu üzrə |
|||
1 |
Talış kəndi |
- |
Kəsim-satış (Çadır) |
Şuşa rayonu üzrə |
|||
1 |
Şuşa rayonu |
- |
Kəsim-satış (Çadır) |
Laçın rayonu üzrə |
|||
1 |
Zerti kəndi |
Məmmədov Səlimxan Rəşid oğlu |
Kəsim-satış |
Oxşar xəbərlər
Heyvanları nodulyar dermatit xəstəliyindən necə qorumaq olar?
Nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla əsasən, yaz və yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və digər virus daşıyıcılarıdır. Bu virus içməli su, yem, süd, şpris vasitəsi ilə və ya birbaşa təmas yolu ilə yayıla bilir. İnfeksiya qansoran həşəratların dişləməsi ilə ötürülür. Xəstəliyin yoluxma baş vermiş ərazilərdən heyvanların hərəkəti zamanı da yayılması mümkündür. Nodulyar dermatit zamanı heyvanların dərisində düyünlər yaranır. Bu xəstəlik yüksək hərarət, iştahasızlıq, dəridə 1-5 sm ölçüdə yumru düyünlər, əksər hallarda düyünlərin mərkəzində qaysağın əmələ gəlməsi, gözlərin sulanması, burun axıntısının çoxalması, çənəaltı və digər limfa düyünlərinin şişməsi, nadir hallarda boğaz heyvanlarda balasalma ilə müşahidə olunur. Nodulyar dermatit xəstəliyi ilə mübarizə məqsədilə mütləq heyvanlar arasında dövri peyvəndlənmə aparılmalı, sistematik olaraq həşəratlar əleyhinə preparatlardan istifadə edilməli, təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri gücləndirilməlidir. Peyvəndlənmə dövlət vəsaiti hesabına müvafiq qurumlar tərəfindən aparılır. Peyvəndlənmə ilə yaranan immunitet vaksindən asılı olaraq, heyvanları 1 ildən artıq müddət ərzində xəstəlikdən qoruya bilər.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda blutanq, Əlcəzair Xalq Demokratik Respublikasının Tizi-Uzu əyalətində dabaq, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində isə nodulyar dermatit xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Tizi-Uzu əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində xəstəlik baş vermiş təsərrüfatın 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 30 sentyabr - 4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərləri və Cəlilabad, Ağcabədi, Tərtər rayonlarında fəaliyyət göstərən 34 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.