Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə MƏLUMAT
14 İyul 2021 11:11
İyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı iyulun 16-dan etibarən vətəndaşların istifadəsinə veriləcək.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərlər.
Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:
Rayon |
Ünvan |
Qeyd |
Bakı şəhəri, Binəqədi rayonu |
8 mkr., Cəfərxəndan 52C
|
kəsim və satış |
Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9 |
kəsim və satış |
|
Bakı şəhəri, Xətai rayonu |
Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2 |
kəsim və satış |
Bakı şəhəri, Xəzər rayonu |
Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21 |
kəsim və satış |
Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78 |
kəsim və satış |
|
Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28 |
kəsim və satış |
|
Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı) |
kəsim və satış |
|
Bakı şəhəri, Qaradağ rayonu |
Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC |
kəsim və satış |
Bakı şəhəri, Nərimanov rayonu |
"Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26 |
kəsim və satış |
Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi |
kəsim və satış |
|
"50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi |
kəsim və satış |
|
Bakı şəhəri, Nizami rayonu |
Heydər Əliyev prospekti 92, “ESE” MMC |
kəsim və satış |
Heydər Əliyev prospekti 92, “Bəsit” firması |
kəsim və satış |
|
M. Abbasov küçəsi, 2405-ci məhəllə |
kəsim və satış |
|
Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 |
kəsim və satış |
|
Çobanzadə küçəsi 63 |
kəsim və satış |
|
Bakı şəhəri, Pirallahı rayonu |
Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi |
kəsim və satış |
Bakı şəhəri, Sabunçu rayonu |
Ramana qəsəbəsi, Şuşa küçəsi |
kəsim və satış |
Zabrat qəsəbəsi, Babək küçəsis |
kəsim və satış |
|
Bakı şəhəri, Səbail rayonu |
Gülbala Əliyev küçəsi 20
|
kəsim və satış |
Gəncə şəhəri |
Müseyib Bağırov küçəsi |
yalnız kəsim |
Kəpəz rayonu, Sadıllı qəsəbəsi |
yalnız kəsim |
|
Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı |
yalnız kəsim |
|
Lənkəran şəhəri |
Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi) |
kəsim və satış |
Mingəçevir şəhəri |
Ərəş küçəsi |
kəsim və satış |
Təbriz küçəsi |
kəsim və satış |
|
Sumqayıt şəhəri |
Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A |
kəsim və satış |
Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC |
kəsim və satış |
|
Şəki şəhəri |
Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC |
yalnız kəsim |
Salman Mümtaz küçəsi |
yalnız satış |
|
Şirvan şəhəri |
Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi) |
kəsim və satış |
Yevlax rayonu |
Aşağı Bucaq kəndi |
kəsim və satış |
Salahlı kəndi |
kəsim və satış |
|
Yevlax rayon, Aran qəsəbəsi |
kəsim və satış |
|
Abşeron rayonu |
Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi |
yalnız kəsim |
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC |
kəsim və satış |
|
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC |
kəsim və satış |
|
Abşeron rayonu, Məmmədli kəndi |
kəsim və satış |
|
Ağcabədi Rayonu |
Xocavənd kəndi |
yalnız kəsim |
Aşağı Avşar kəndi |
kəsim və satış |
|
Ağdaş rayonu |
Ağdaş rayonu, H. Əliyev pr. 169 |
yalnız kəsim |
Ağdaş rayonu, Heyvan bazarı |
yalnız satış |
|
Ağstafa rayonu |
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi) |
kəsim və satış |
Balakən rayonu |
Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7 |
yalnız satış |
Beyləqan rayonu |
Şəfəq qəsəbəsi (Ziyarətgah) |
kəsim və satış |
Şəfəq qəsəbəsi (Ziyarətgah) |
kəsim və satış |
|
Bərdə rayonu |
Qaradağlı kəndi |
kəsim və satış |
Biləsuvar rayonu |
Biləsuvar şəhər H. Əliyev küçəsi |
yalnız satış |
Cəlilabad rayonu |
Cəlilabad şəhəri, Qurtuluş pr-76 |
yalnız satış |
Füzuli rayonu |
Bala Bəhmənli kəndi |
yalnız satış |
Gədəbəy rayonu |
Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi |
yalnız kəsim |
Yenikənd kəndi |
yalnız satış |
|
Goranboy rayonu |
Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi) |
kəsim və satış |
Göyçay rayonu |
Göyçay rayonu, Cəyirli kəndi |
yalnız kəsim |
Qarabaqqal kəndi, heyvan bazarı |
yalnız satış |
|
Göygöl rayonu |
Göygöl şəhəri, A. Şadlinski küçəsi 1 |
yalnız kəsim |
Qızılqaya qəsəbəsi |
yalnız kəsim |
|
Qızılca bələdiyyəsi ərazisi |
kəsim və satış |
|
Xaçmaz rayonu |
Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC |
kəsim və satış |
İsmayıllı rayonu |
İsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksi |
kəsim və satış |
Qax rayonu |
Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1 |
yalnız satış |
Qazax rayonu |
Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A |
yalnız kəsim |
Qazax şəhəri, Nəriman Nərimanov küçəsi |
yalnız satış |
|
Qəbələ rayonu |
Qəbələ şəhəri, H. Əliyev pr. 9 |
yalnız satış |
Qobustan rayonu |
Qobustan şəhəri, E. Vəliyev küçəsi |
kəsim və satış |
Quba rayonu |
Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi |
kəsim və satış |
Qusar rayonu |
Qusar şəhəri, Çingiz Qurbanov 10A |
kəsim və satış |
Masallı rayonu |
Masallı şəhəri, H. Aslanov küçəsi |
yalnız satış |
Masallı şəhəri, H. Aslanov küçəsi |
yalnız satış |
|
Neftçala rayonu |
Neftçala şəhəri, M. Əsədov küçəsi |
yalnız satış |
Saatlı rayonu |
Saatlı rayonu, Sarıcalar kəndi |
kəsim və satış |
Salyan rayonu |
Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i |
yalnız kəsim |
Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı |
yalnız satış |
|
Samux rayonu |
Tatlı kəndi |
kəsim və satış |
Siyəzən rayonu |
Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi |
kəsim və satış |
Şabran rayonu |
Şabran şəhəri, M. Müşviq küçəsi 7 |
kəsim və satış |
Şamaxı rayonu |
Şəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksi |
kəsim və satış |
Şəmkir rayonu |
Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi) |
kəsim və satış |
Tərtər rayonu |
Tərtər şəhəri, Cavanşir küçəsi 84 |
yalnız kəsim |
Tərtər şəhəri, F. Qulami küçəsi |
yalnız satış |
|
Tovuz rayonu |
Tovuz şəhəri, Musa Musayev küçəsi |
yalnız kəsim |
Qovlar şəhəri, Vağzal küçəsi |
yalnız kəsim |
|
Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMC |
yalnız kəsim |
|
Aşağıquşçu kəndi, heyvan bazarı |
yalnız satış |
|
Zaqatala rayonu |
Aşağı Tala kəndi |
yalnız kəsim |
Muxax kəndi |
kəsim və satış |
|
Əliabad qəsəbəsi |
kəsim və satış |
|
Zərdab rayonu |
Zərdab şəhəri, Füzuli küçəsi 17 |
kəsim və satış |
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.