Qurban Qurbanov AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub
5 Fevral 2024 12:09
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam etdirilir.
Bu çərçivədə Əməkdar məşqçi, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov da kampaniyaya qoşulub. Q.Qurbanov Agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq etdiyi videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları bu kampaniyaya qoşulmağa çağırıb. Peşəkar idmançı bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.
Xatırladaq ki, Q.Qurbanovdan əvvəl isə gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin üzvləri Müşfiq Cəfərov və Emin Hacıyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxs kampaniyaya qoşulub. Eyni zamanda “MyGov” platforması üzərindən vətəndaşlara şəkərin zərərləri barədə bildirişlər göndərilib.
Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, AQTA bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini daha da genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Müxtəlif televiziya və radio verilişlərində Agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin, həmçinin həkimlərin, ekspertlərin, qida mühəndislərinin və diyetoloqların iştirakı ilə müzakirələr aparılır.
Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.
Oxşar xəbərlər
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş