Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Heyvan rifahı sağlam və təhlükəsiz qida istehsalının əsas şərtidir
Heyvan rifahı sağlam və təhlükəsiz qida istehsalının əsas şərtidir

Heyvan mənşəli məhsullar gündəlik qida rasionunda mühüm yer tutur. Ət, süd və digər heyvan mənşəli məhsulların keyfiyyəti isə birbaşa heyvanların sağlamlığı və saxlanılma şəraiti ilə bağlıdır. Heyvanların rifahının qorunması yalnız məhsuldarlığın artırılması deyil, həm də təhlükəsiz qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Heyvan rifahı dedikdə, onların kifayət qədər yem və su ilə təmin olunması, təhlükəsiz və rahat şəraitdə saxlanılması, xəstəlik və stresdən qorunması, eləcə də təbii davranışlarını sərbəst nümayiş etdirə bilməsi nəzərdə tutulur. Sağlam və gümrah heyvanlardan əldə olunan məhsullar daha keyfiyyətli olur və insan sağlamlığı üçün risk yaratmır. Həddindən artıq isti və ya soyuq hava, yüksək səs-küy, hərəkətsizlik, sıx saxlanılma, keyfiyyətsiz yemləmə və kobud rəftar heyvanlarda ciddi stres yaradır. Stres nəticəsində heyvanların immun sistemi zəifləyir, məhsuldarlıq azalır və süd, ət kimi məhsulların keyfiyyətində mənfi dəyişikliklər baş verir. Bundan əlavə, stres heyvanların çoxalma qabiliyyətinə də mənfi təsir göstərir. Heyvanların sıx saxlanılması ciddi problemlər yaradır. Belə şəraitdə yem və su uğrunda rəqabət artır, xəstəliklərin yayılma riski yüksəlir. Nəticədə antibiotiklərdən həddindən artıq istifadə edilir ki, bu da bakteriyalarda antibiotiklərə davamlılığın yaranmasına və məhsullarda antibiotik qalıqlarının toplanmasına səbəb olur. Heyvan rifahı ətin keyfiyyətinə də birbaşa təsir edir. Kəsimdən əvvəl stresə məruz qalan heyvanlarda əzələ toxumasında biokimyəvi proseslər pozulur və nəticədə ətin keyfiyyəti aşağı düşür. Bu səbəbdən heyvanların daşınması və kəsimi zamanı humanist davranmaq, kəsimdən əvvəl isə dincəlmələrini təmin etmək vacib hesab edilir. Təhlükəsiz və keyfiyyətli heyvan mənşəli məhsulların əldə olunması üçün təsərrüfatlarda heyvan rifahı prinsiplərinə ciddi əməl edilməlidir. Heyvanların düzgün bəslənməsi, rahat şəraitdə saxlanılması və stresdən qorunması sağlam məhsul istehsalının əsas şərtlərindəndir. Sağlam heyvan sağlam və təhlükəsiz qidanın təminatıdır.

AQTA nümayəndəsi EuFMD Komissiyasının tədbirində iştirak edib
AQTA nümayəndəsi EuFMD Komissiyasının tədbirində iştirak edib

19 may tarixində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Nümayəndələri Assosiasiyasının 93-cü Ali Baş Sessiyası çərçivəsində FAO-nun EuFMD Komissiyası tərəfindən 10-cu Regional əməkdaşlıq görüşü keçirilib. Tədbirdə Azərbaycanın 2025-ci ildə “Avropada dabaq və digər oxşar transsərhəd heyvan xəstəlikləri ilə mübarizə üzrə Komissiya”nın (EuFMD) 41-ci üzv ölkəsi kimi təşkilata qəbul olunması xüsusi qeyd edilib. Ölkəmizin beynəlxalq bioloji təhlükəsizlik təşəbbüslərinə qoşulması və bu istiqamətdə həyata keçirdiyi tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.  Görüş çərçivəsində xüsusi təhlükəli heyvan xəstəlikləri ilə bağlı ölkə hesabatları dinlənilib, regional əməkdaşlığın gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və birgə tədbirlər müzakirə olunub. Ölkəmizdə peyvəndləmə tədbirləri həyata keçirilməklə dabaq xəstəliyindən azad zonaların yaradılması istiqamətində görülən işlər tədbir iştirakçıları tərəfindən müsbət dəyərləndirilib və bu təşəbbüs regional biotəhlükəsizlik baxımından mühüm addım kimi qeyd olunub. Tədbirdə Azərbaycanın Komissiyanın üzvlüyünə qəbul olunması ilə bağlı xatirə tablosu AQTA- nın şöbə müdiri, ölkəmizin ÜHST-dəki nümayəndəsi Qalib Əbdüləliyevə  təqdim edilib.

Video
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır