Regional qidalanmanın inkişafı və əməkdaşlıq üzrə beynəlxalq tədbir keçirilib
6 Avqust 2018 00:00
Türkmənistan Respublikasının Aşqabad şəhərində 1-ci Qafqaz və Mərkəzi Asiya regional qidalanmanın inkişafı və əməkdaşlıq platformasının görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib.
Görüş çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssisləri tərəfindən sağlam qidalanma və qidalanma vərdişləri ilə bağlı regionda və dünyada aparılmış təhlillər və onların nəticələri müzakirə olunub. Regionda qeyri-sağlam və zəif qidalanmanın uşaqlar arasında mədə genişlənməsi, bəstəboyluluq və qeyri-infeksiyon xəstəliklərin artmasına, bunun isə ictimai problemə səbəb olmasını bildirib. Daha sonra regionda sağlam qidalanmanın inkişafı ilə bağlı yaranmış boşluqlar və bu sahədə görülmüş işlər ilə bağlı üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Tədbirin sonunda Regional Platformanın 2 il sonra keçiriləcək ikinci iclasına qədər sədrlik vəzifəsi Qazaxıstan Respublikasına həvalə edilib.
Qeyd edək ki, tədbirdə üzv ölkələrin təmsilçiləri ilə yanaşı, İran İslam Respublikası və Serbiya Respublikasından olan mütəxəssislərlə birlikdə ümumilikdə 8 ölkədən nümayəndə iştirak edib. Tədbir BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə keçirilib.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş