Regionların tələbatına uyğun olaraq laboratoriyaların fəaliyyəti optimallaşdırılır
19 Mart 2021 12:15
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların modernləşdirilməsi və optimallaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
2020-ci ilin yanvar-dekabr ayları ərzində optimallaşdırma prosesi çərçivəsində regionlarda fəaliyyət göstərən laboratoriyaların kadr potensialı, maddi texniki bazası, yerləşdiyi regionun tələbləri, iş yükü və digər meyarlar üzrə diaqnostik qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə nəticəsində laboratoriyaların istiqamətinin dəyişdirilməsi və ya müayinələrin növlərinə uyğun olaraq ixtisaslaşdırılmasına dair qərar layihəsi hazırlanıb.
Ötən dövr ərzində ixrac potensialını artırmaq, nümunələrin daşınma mərhələsində yarana biləcək problemləri aradan qaldırmaq, sertifikatlaşdırma prosesini sürətləndirmək, regionlarda bitki, bitkiçilik məhsulları və karantin nəzarəti tədbirlərinin həyata keçirilməsini müntəzəm təşkil etmək məqsədilə Tovuz Regional Sınaq Laboratoriyasının Fitosanitar bölməsi təsis edilib.
Eyni zamanda Gürcüstan Respublikasından ölkəmizə idxal olunan qida məhsullarının, xüsusilə tez xarab olan məhsulların vaxtında laborator müayinələrə cəlb edilməsi məqsədilə Göygöl Regional Sınaq Laboratoriyasında qida məhsullarında mikrobioloji göstəricilər üzrə müayinələrin həyata keçirilməsinə hazırlıq görülür.
Qeyd edək ki, yaxın zamanda Şəki və Şamaxı rayonlarında da regionun tələblərinə uyğun olaraq fındıq məhsullarında aflatoksin və aqrokimyəvi maddələrin müayinəsi istiqamətində laboratoriyaların yaradılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş