Rusiya Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzinin nümayəndələri AQTA-da olub
28 Noyabr 2025 11:10
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Federal Dövlət Büdcə Təşkilatı – “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) olublar.
AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qonaqlara ölkəmizdə heyvan sağlamlığının qorunması, həmçinin rifahının təmin edilməsi istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Azərbaycanın 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad ölkə kimi tanındığını qeyd edən Qalib Əbdüləliyev idxal-ixrac əməliyyatları zamanı bütün qida məhsullarının risk əsaslı nəzarət tədbirlərinə cəlb olunduğunu bildirib. Qonaqlara məhsul partiyalarından nümunə götürmə prosedurları, nümunələrin daşınması qaydaları, həmçinin təsərrüfatlarda heyvanların saxlanma şəraiti barədə məlumatlar verilib.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş