Rusiya Federasiyasına meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı qoyulan tələblər sahibkarlarla müzakirə olunub
2 Avqust 2021 18:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor istehsalçıları və ixracatçıları ilə görüş keçirib.
Agentliyin sədr müavinləri Rəşad Mafusov, Balarəhim Quliyev, aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə videokonfrans formatında keçirilən görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları, həmçinin pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində bu ölkədə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" 1997-ci il 19 iyul tarixli, 109-Ф3 nömrəli Federal Qanununa edilmiş dəyişikliklər müzakirə edilib.
Görüşdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin yeni qanunvericilik tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq və pepino mozaika viruslarının aşkarlanması ilə bağlı daxil olan bildirişlər və bu halların araşdırılması istiqamətində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda bitkiçilik sahəsində ölkəmizin və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin məsuliyyəti onlara izah olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Mil-Muğan regionunda pambıq sahələrində monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin fitosanitar müfəttişləri İmişli rayonunun Aranlı, Məmmədli və Bəcirəvan, Sabirabad rayonunun Əhmədabad, Xəlfəli və Şəhriyar, Beyləqan rayonunun Kəbirli, Təzəkənd, Şahsevən və Bolsulu kəndlərində yerləşən pambıq əkini sahələrində monitorinqlər keçirib. Monitorinqlər zamanı pambıq sahələrində zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinin vəziyyətinə baxış keçirilib. Tədbirlər çərçivəsində bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblər və aqrotexniki qaydalar ətraflı izah edilib. Bitki sağlamlığının qorunması və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili ilə bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki–Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən təhsil müəssisələri, kənd və yaşayış məntəqələri, ictimai yerlər, turizm zonaları və aqroparklarda qəhvəyi mərmər bağacığı ilə bağlı genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində sakinlərə zərərvericinin bioloji xüsusiyyətləri, yayılma yolları, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə məlumat verilir. Payız-qış mövsümündə qışlama yerlərində toplaşan zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyi diqqətə çatdırılır. Maarifləndirmə tədbirləri artıq müsbət nəticəsini göstərir. Belə ki, fitosanitar monitorinqlər zamanı vətəndaşların evlərdə, həyətlərdə və yardımçı tikililərdə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərini müstəqil şəkildə həyata keçirdikləri müşahidə olunur. Qeyd edək ki, Şəki rayonunda cari ilin oktyabr ayı ərzində 20 mindən çox insan qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə üsulları barədə maarifləndirilib. Zərərvericinin yayılmasının qarşısının alınmasında əhalinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirmə tədbirləri, fitosanitar monitorinqlər və zərərvericiyə qarşı mübarizə işləri davam etdirilir.
Qışlama dövrü qəhvəyi mərmər bağacığına qarşı mübarizədə ən əlverişli vaxtdır
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən İmişli rayonu, Sabirabad rayonunun Əhmədabad və Nizami, həmçinin Beyləqan rayonunun Günəşli və Kəbirli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlərdə havaların soyuması ilə əlaqədar bağacığın qapalı məkanlara və qışlama yerlərinə doğru intensiv hərəkət etdiyi bildirilib. Sakinlərə payız-qış mövsümündə zərərvericiyə qarşı ən effektiv və təhlükəsiz mübarizə üsulunun əl ilə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu tədbirlərin vaxtında görülməsi növbəti vegetasiya dövründə zərərvericinin kütləvi çoxalmasının qarşısını alacaqdır. Sakinlərə maarifləndirici bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş