Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb
25 Sentyabr 2023 11:45

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Rusiya Federasiyasından idxal olunan “Ставропольский Бройлер” MMC-nin “Благодарненский” ət və quşçuluq kombinatına məxsus quş əti məhsulunda aşkarlanmış (salmonella <25 qr) uyğunsuzluqla bağlı Agentlik tərəfindən qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Belə ki, Agentliyin müvafiq bildirişi əsasında, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizooloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, o cümlədən iki qurum arasında sıx əməkdaşlıq əlaqələri nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər

Türkiyədən qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində ölkəmizə Türkiyə Respublikasından qida məhsulları idxal edən sahibkarlarla görüş olub.

Təsdiqdən keçməyən xarici qida obyektlərindən qida məhsullarının idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir. Eyni zamanda, bu vaxtadək Agentliyə təsdiq üçün müraciət etməyən müəssisələrlə bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

“İndyuşkin Dvor” MMC-nin istehsalı olan dondurulmuş hinduşka əti məhsulunun idxalına qadağa qoyulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
