Sabirabadda fəaliyyət göstərən ərzaq mağazasında istehlaka yararsız məhsullar aşkar edilib
20 Oktyabr 2021 10:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Sabirabad rayonu, Qaragüney kəndində yerləşən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən-Gülşən” ərzaq mağazasında yoxlama keçirilib. Yoxlama zamanı mağazada sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş və etiket məlumatları olmayan qida məhsullarının saxlanıldığı aşkar olunub. Həmçinin mağazada təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Agentlik tərəfindən istehlaka yararsız qida məhsullarının satışının qadağan edilməsi barədə qərar qəbul edilib, müəssisə rəhbərliyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
“Moon Pub” restoranında saxta alkoqollu içkilər aşkarlanıb
Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Sabunçuda ev quşlarının kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı
Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.