Şadlıq sarayında nöqsanlar aşkarlandı
30 Yanvar 2025 10:25
Gəncə şəhəri, Nizami küçəsi 190 ünvanında fəaliyyət göstərən, Ələkbərov Elvin Elçin oğluna məxsus “Ulduzlu Gecə” şadlıq sarayında Agentliyin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Şadlıq sarayında qida təhlükəsizliyi tələblərinin pozulduğu, mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.
Faktla bağlı məhdudlaşdırıcı qərar tətbiq edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Şirniyyat emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhərinin Sabunçu rayonunda fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı məlum olub. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşa Respublikasının Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviya Dövlətinin Zəviyə dairəsində dabaq, Nigeriya Federativ Respublikasının Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Fevralın 21-də Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
Fevralın 21-i saat 14:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər. Ünvan: Ağstafa rayon Heydər Əliyev Mərkəzi