Sahibkarlar üçün HACCP təlimi keçirilib
20 Aprel 2026 10:55
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) təlimi keçirilib. İştirakçılara HACCP sisteminin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarə olunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib.
Vurğulanıb ki, HACCP sistemi məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu sistem risk əsaslı yanaşmaya əsaslanaraq məhsulların standartlara uyğun istehsalına, bu isə satış və gəlirliliyin artırılmasına şərait yaradır.
Təlim iştirakçıları HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb. Eləcə də iştirakçılara müvafiq məsləhətlər verilib, onların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Erkən kəsimə son" kampaniyasını dəstəkləyir
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "Erkən kəsimə son" maarifləndirici kampaniyasını dəstəklədiyini bildirərək son dövrlərdə 6 aylıqdan kiçik quzuların kəsilməsinin ənənə halını almasına diqqət çəkib. O, tarixi ənənələrə nəzər salaraq bildirib ki, tarixən ağsaqqallarımız kiçik yaşda olan heyvanların kəsilməsinə qadağa qoyaraq, qonağa çəkisi 25-30 kiloqramlıq qoç kəsərdilər. Deputat təəssüflə qeyd edib ki, hazırda bazara 7-8 kiloqramlıq quzular çıxarılır, xüsusilə dişi heyvanların kəsilməsi cinsin azalması, kökün kəsilməsi deməkdir. Aqrar siyasət komitəsinin sədri vurğulayıb ki, bir çox mütəxəssisin rəyinə əsasən, erkən yaşda kəsilən quzu ətinin faydalılığı barədə formalaşmış fikirlər tam doğru deyil. Heyvanın normal inkişafı üçün onun böyüməsinə imkan verilməlidir. T. Rzayev məsələyə kompleks yanaşmanın vacibliyini vurğulayaraq, Agentliyin bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirləri yüksək qiymətləndirib. Ətraflı:
Gəncə, Goranboy və Naftalanda məktəblərdə qida təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə, Goranboy və Naftalan şəhərlərində ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, bufet operatorları, müəllimlər və şagirdlər iştirak ediblər. Məqsəd məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunması və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviq edilməsidir. Tədbirlərdə iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri, məktəb bufetlərində sanitar-gigiyenik və texniki-normativ qaydalar, qida məhsullarının düzgün saxlanma, daşınma və istehlak şərtləri barədə ətraflı məlumat verilib. Qida zəhərlənmələrinin profilaktikası və bu halların qarşısının alınması yolları izah olunub. Eləcə də sağlam qidalanma prinsipləri və gənc nəslin fiziki inkişafında keyfiyyətli qidanın rolu diqqətə çatdırılıb. Bufet operatorlarına müvafiq metodiki tövsiyələr verilib və iştirakçıların sualları cavablandırılıb. Maarifləndirici görüşlər digər təhsil müəssisələrində davam etdiriləcəkdir.
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında sahibkarlarla görüş keçirilib
Kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının və ölkədə fitosanitar stabilliyin təmin edilməsi, o cümlədən ixrac potensialının yüksəldilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tədbirlər davam etdirilir. Bu çərçivədə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən gilas bağlarında mövsümlə əlaqədar aparılan fitosanitar tədbirlərlə yerində tanış olmaq, ixrac prosesi zamanı qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılar və ixracatçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi, həmçinin ixrac prosesi zamanı tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Habelə ixrac olunan məhsulların qablaşdırılmasının və etiketləndirilməsinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi qeyd edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, gilas istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş