Şamaxı heyvan bazarında rekonstruksiya işləri davam edir - VİDEO
19 Noyabr 2025 10:25
Ölkə üzrə heyvan bazarlarında aparılan rekonstruksiya işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında AQTA əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır.
Bazarda Agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib.
Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Şamaxı heyvan bazarında görülən işlərə dair videolink:
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı Şəkidə 5 və 8 nömrəli orta məktəbdə maarifləndirici görüşlər keçirilib. Görüş iştirakçılarına zərərvericinin yayılma yolları, bioloji xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə geniş məlumat verilib. Bildirilib ki, zərərverici ilə mübarizədə vətəndaşların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Havaların isinməsi ilə əlaqədar qışlama yerlərindən çıxan Qəhvəyi mərmər bağacığının yayılması sürətlənir. Ən praktik üsul onun mexaniki yolla toplanaraq məhv edilməsidir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.
Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Gəncə şəhər İcra hakimiyyəti və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirib. Monitorinq zamanı Gəncə şəhəri, 4-cü mikrorayon ərazində baytarlıq nəzarəti olmadan, xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən dəmir konstruksiyalar sökülüb. Sahibkarla maarifləndirici söhbət aparılıb, pozuntulara yol verilməməsi barədə tapşırıqlar verilib.
Lənkəranda çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran rayonunda cənub bölgəsinin çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş təşkil olunub. Görüşün keçirilməsində əsas məqsəd ixrac proseslərinin beynəlxalq fitosanitar tələblərə uyğun qurulması, məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla əməkdaşlığın daha da gücləndirilməsidir. Görüş zamanı ixrac proseslərinin düzgün təşkili, eləcə də bitki sağlamlığının qorunması və fitosanitar tələblərə riayət olunmasının vacibliyi vurğulanıb. Sahibkarlara idxalçı ölkələrin fitosanitar və texniki tələbləri, eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının (IPPC) müəyyən etdiyi standartlara uyğunluğun təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məhsulların istehsal mərhələsindən etibarən zərərli orqanizmlərlə yoluxmanın qarşısının alınması, bitki mühafizə tədbirlərinin düzgün və vaxtında aparılması, istifadə olunan preparatların normativ tələblərə uyğun tətbiqi ixrac prosesində əsas şərtlərdən biridir. Qablaşdırma materiallarının, xüsusilə taxta tara və altlıqların fitosanitar tələblərə uyğun hazırlanması və zərərvericilərdən azad olması əhəmiyyət kəsb edir. Bununla yanaşı, məhsulların düzgün qablaşdırılması, etiketlənməsi, saxlanma və daşınma zamanı təhlükəsizlik tələblərinə riayət olunması, eləcə də izlənəbilirliyin təmin edilməsi ilə bağlı məsələlər geniş şəkildə izah olunub. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb. Tədbir çərçivəsində Agentlik əməkdaşları çiyələk və kartof təsərrüfatlarına, çeşidləmə sahələrinə və saxlanma məntəqələrinə baxış keçirib. Baxış zamanı fitosanitar vəziyyət qiymətləndirilib, bitkilərin xəstəlik və zərərvericilərdən qorunması, aqrotexniki tədbirlərin düzgün təşkili və məhsulun keyfiyyətinin saxlanılması ilə bağlı praktiki tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş