Səbail rayonunda dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
1 Noyabr 2024 15:24
Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Agentliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən, fiziki şəxs Əliyev Seyran Allahverdi oğluna məxsus “Dönər Evi” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, yuma sahəsinin antisanitar vəziyyətdə olduğu, döşəmənin tamlığının pozulduğu, soyuducuda rəflərin korroziyaya uğradığı, doğrama lövhəsinin gigiyenik materialla üzlənmədiyi, qida məhsullarının, avadanlıqların və işçi heyətin əllərinin yuyulmasının birgözlü yuma çanağında həyata keçirildiyi, təmizlik ləvazimatlarının saxlanması üçün dolabın təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Müayinələrin aparılması məqsədilə götürülmüş mal əti dönər nümunəsində isə toyuq DNT-si aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş