Şəkər istehlakını azaltmaq üçün qida məhsullarını alarkən etiketlənmədə nələrə diqqət edilməlidir?
26 Dekabr 2023 10:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırır.
Bildirilir ki, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən üzərindəki etiket məlumatlarını nəzərdən keçirməlidirlər. Belə ki, bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir. Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər. Həmçinin məhsulların tərkibindəki inqrediyentlər onların həmin qidadakı miqdarının azalması istiqamətində yazılır. Əgər inqrediyent siyahının əvvəlindədirsə, deməli, onun məhsulda miqdarı digər inqridiyentlərə nisbətən daha çoxdur. Bəzən məhsulların üzərində şəkər sözü yazılmaya bilər, lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, sirop yazıla bilər. Bunlar da şəkərin növləridir. Bundan əlavə, eyni növ qida məhsullarını müqayisə edərək tərkibində daha az şəkər olanı almaq tövsiyə edilir.
Qeyd edək ki, şəkərin normadan artıq istehlak edilməsi insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaradır, bəzi xərçəng xəstəlikləri riskini artırır. Mövcud təhlükələr nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik sərbəst şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdar tək şəkər tozuna, qəndə deyil, həm də qidaların tərkibindəki şəkərə aid edilir.
Oxşar xəbərlər
Özbəkistanda səfərdə olan AQTA nümayəndə heyəti fitosanitar laboratoriya ilə tanış olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub. Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Qurban Qurbanov: Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür
“Laboratoriyalarla tanışlıqdan sonra təəssüratlarım çox xoşdur. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandığı gündən əməkdaşlıq edirik. İdmançının sağlamlığı çox önəmlidir, onun sağlam qidaya daima ehtiyacı var. AQTA rəhbərliyi ilə söhbətlərimiz əsnasında həmişə vurğulayırıq ki, komanda üzvlərinin qidalanması sağlam olmalıdır”. Bu fikirləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanışlıqdan sonra deyib. Baş məşqçi vurğulayıb ki, İnstitutun əməkdaşı həm də klubun diyetoloqu kimi fəaliyyət göstərir: “Futbolçular peşəkar yanaşmanın faydasını görür. Sağlam qidalanmanın nəticələrimizdə çox böyük rolu var” – deyə, baş məşqçi əlavə edib. Q. Qurbanov yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu cür təşəbbüslərin ölkədə sağlam nəslin formalaşmasına, gənclərin inkişafına və idmanın daha da güclənməsinə töhfə verdiyini əlavə edib.
İlqar Şamilov: “Qarabağ”ın futbolçuları üçün təhlükəsiz qidalanma modeli qurulub
Qida təhlükəsizliyi idman üçün sadəcə sanitariya məsələsi deyil, eyni zamanda idmançının sağlamlığının bərpasının və davamlı performansının əsas təməlidir. Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, “Qarabağ” futbol klubunun həkim-diyetoloqu İlqar Şamilov deyib. Onun sözlərinə görə, sağlam və balanslı qidalanma məşq prosesi qədər vacibdir. Düzgün seçilmiş, keyfiyyətli və təhlükəsiz qida zədələnmələrin azalmasına, daha sürətli bərpaya, sabit enerjiyə və yüksək performansa birbaşa təsir göstərir. İlqar Şamilov bildirib ki, AQTİ-nin elmi potensialı ilə “Qarabağ” futbol klubunun praktik təcrübəsinin birləşdirilməsi nəticəsində idmançılar üçün həm təhlükəsiz, həm də sistemli qidalanma modeli qurulub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş