“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası genişlənib
23 Yanvar 2024 12:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.
Əhatə dairəsi getdikcə genişlənən kampaniyaya artıq Milli Məclisin üzvləri Müşfiq Cəfərov və Emin Hacıyev də qoşulub. Sağlam həyat tərzi üçün şəkər istehlakının azaldılmasının vacib olduğunu vurğulayan millət vəkilləri vətəndaşları kampaniyaya qatılmağa dəvət ediblər. Bundan əvvəl isə gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxs “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub. Həmçinin “MyGov” platforması üzərindən vətəndaşlara şəkərin zərərləri barədə bildirişlər göndərilib.
Qeyd edək ki, AQTA tərəfindən kampaniya ilə əlaqədar geniş təbliğat-təşviqat işləri aparılır. Bu çərçivədə maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin kütləvi informasiya vasitələrində kampaniya ilə bağlı məlumat, süjet və verilişlərin yayımlanmasına xüsusi diqqət yetirilir. “Real” Televiziyasında yayımlanan “Realda qida” verilişində bu mövzuya geniş yer ayrılır. Bu vaxtadək verilişdə "Qəbul etdiyimiz şəkərdəki zərər", "Şəkərin uşaqlara ziyanı", "Şəkər: miflər və faktlar", “Şəkəri niyə və necə azaldaq?”, “Şəkərin zərəri qida subyektlərinin vəzifələri kontekstində" mövzularında, həmçinin İctimai TV-də “Diqqət: Şəkər bizi ölümə aparır?” mövzusunda Agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin, həmçinin həkimlərin, ekspertlərin, qida mühəndislərinin və diyetoloqların iştirakı ilə müzakirələr aparılıb.
Onu da bildirək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş