AZ
Agentlik
Beynəlxalq əməkdaşlıq
Şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
30 Oktyabr 2021 09:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Zərrabi küçəsi 53 ünvanında fəaliyyət göstərən “Ləziz” şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Yoxlama zamanı müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmədiyi, məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi, satışa çıxarılan məhsulların üzərində etiket məlumatlarının qeyd olunmadığı, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır.
Oxşar xəbərlər
18 Sentyabr 2026 17:27
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
17 Sentyabr 2026 15:55
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
17 Sentyabr 2026 10:31
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
Onlayn Xidmət
Sertifikatın yoxlanılması
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Əsas xəbərlər
18
Sentyabr 2026
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
18
Sentyabr 2026
Nəzarət tədbirləri - İcmal
18
Sentyabr 2026
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
16
Sentyabr 2026
Digərləri
Təhlükəli arıqlama məhsulları aşkarlanıb
Maarifləndirmə
16
Sentyabr 2026
Məktəbli uşaq üçün sağlam qida seçimi necə olmalıdır?
16
İyul 2026
Digərləri
Giriş