Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİ-nin mütəxəssisləri Rusiyanın Tver sınaq laboratoriyası ilə tanış olublar
AQTİ-nin mütəxəssisləri Rusiyanın Tver sınaq laboratoriyası ilə tanış olublar

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının mütəxəssislərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Россельхознадзор”) tabeliyində olan Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») Tver sınaq laboratoriyasında olublar.    Səfərin məqsədi nəzarət olunan məhsulların tədqiqat metodlarının harmonizasiyası, təcrübə mübadiləsi və iki ölkənin laboratoriya xidmətləri arasında peşəkar əlaqələrin gücləndirilməsi olub.  AQTİ nümayəndələri laboratoriyanın aparıcı şöbələrinin fəaliyyəti ilə, həmçinin tədqiqatlar zamanı istifadə olunan müasir analitik avadanlıqlar və tətbiq edilən metodlarla tanış olublar.   Görüş zamanı Rusiyada ət və ət məhsullarının tədqiqində istifadə olunan parazitoloji metodların müzakirəsi olub. AQTİ nümayəndələrinə bu tədqiqatların aparılması zamanı işin təşkili göstərilib, o cümlədən bu sahədə tətbiq edilən avadanlıq və üsullar, eləcə də PZR metodu təqdim edilib.  AQTİ nümayəndələri “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirərək, ət məhsullarının parazitoloji nəzarəti sahəsində birgə tədqiqatların aparılması da daxil olmaqla, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizə tədbirləri planı çərçivəsində Agentliyin əməkdaşları aidiyyatı qurumların iştirakı ilə Göygöl rayonunun Qızılqaya və Firuzabad qəsəbələrində qəsəbə sakinləri ilə maarifləndirici söhbətlər aparıb. Həmçinin zərərvericinin qışlama yerlərinə baxış keçirilib, aşkarlanan zərərvericilər mexaniki üsulla məhv edilib.  Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Zərərvericinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri uçmaqla 35-100 km-dək məsafə qət edə bilir. Evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib fərdlərini toplayaraq məhv etdikdə, onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azala bilər.

AQTA nümayəndəsi Romada keçirilən beynəlxalq tədbirdə iştirak edib
AQTA nümayəndəsi Romada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Martın 9–13-ü tarixlərində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) Fitosanitar Tədbirlər üzrə Komissiyasının 20-ci sessiyası (CPM-20) keçirilib. Hibrid formatda təşkil olunan sessiyada qlobal bitki sağlamlığının qorunması, təhlükəsiz beynəlxalq ticarətin təşviqi və fitosanitar sistemlərin gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib. Sessiyada beynəlxalq fitosanitar standartların qəbulu və yenilənməsi, IPPC-nin 2020–2030-cu illəri əhatə edən strateji çərçivəsinin icrası, ePhyto sistemindən istifadənin genişləndirilməsi və fitosanitar sahədə rəqəmsallaşma məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, zərərvericilərin yayılmasının qarşısının alınması və risklərin idarə olunması, zərərverici risk analizi və nəzarət prosedurlarının təkmilləşdirilməsi, elektron ticarət və logistika ilə bağlı fitosanitar risklər, eləcə də iqlim dəyişikliyinin bitki sağlamlığına təsiri və erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır
Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır

Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir.  Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.

Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO

Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.  Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir. Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır. Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir.  İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir. Daha ətraflı link:

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb