Şəmkirdə balıq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
19 İyul 2023 16:20








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Şəmkir şəhəri, M.Hüseynzadə küçəsi, ev 28 ünvanında yerləşən və fiziki şəxs Elməddin Mehman oğlu Xudiyevə məxsus olan balıq emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisədə sanitar gigiyenik norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Belə ki, müəssisədə emal olunan balıqların baytarlıq arayışı ilə müşayiət edilmədiyi, məhsulun hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, yuyulma zamanı istifadə edilən qabların mütəmadi təmizlənmədiyi, xammal və inqrediyentlərin temperatur rejiminə əməl olunmadan yararsız və çirkli qablarda saxlanıldığı müəyyən edilib. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, tavan, döşəmə və divar səthlərinin asan təmizlənə bilən materiallarla üzlənmədiyi aşkarlanıb. Müəssisədə istehsal zamanı texnoloji ardıcıllığa riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinələrdən keçmədiyi və iş prosesi zamanı xüsusi gigiyenik geyimlərdən istifadə edilmədiyi aşkar olunub.
Aşkarlanmış çatışmazlıqlarla əlaqədar məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda çəkisi 930 kq olan müxtəlif çeşidli balığın satışı qadağan edilib, protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.
