Səriştəlilik sınaqlarının təşkili haqqında məlumat veriləcək
17 Oktyabr 2022 14:26
![Səriştəlilik sınaqlarının təşkili haqqında məlumat veriləcək](https://afsa.gov.az/resized/resize649/center/pages/5434/16824842957598.jpg)
![Səriştəlilik sınaqlarının təşkili haqqında məlumat veriləcək](https://afsa.gov.az/resized/resize649/center/pages/5434/16824842957598.jpg)
19 oktyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "Təlim saatı" adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda laboratoriyalarda səriştəlilik sınaqlarının təşkili haqqında məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Emin Əfəndibəyliyə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
Oxşar xəbərlər
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10258/whatsapp-image-2025-02-13-at-122539-1.jpg)
Binəqədidə qanunsuz fəaliyyət göstərən su emalı müəssisəsi aşkarlandı
Daxil olan müraciət əsasında Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, fiziki şəxs Aslanov Elxan Məhərrəm oğluna məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb. Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə texnoloji ardıcıllıq prinsipinin pozulduğu, çənlərin və su filtrlərinin mütəmadi olaraq təmizlənmədiyi, məhsulların etiketində istehsalçı, ünvan, istehsal və istifadə tarixləri barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda başqa istehsalçılara məxsus etiketlərdən istifadə olunduğu müəyyən edilib. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 92 ədəd 19 litrlik qablaşdırılmış su və 181 ədəd 19 litrlik qablaşdırma materialı saxlanca qoyulub. Qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)