“Süfrə” jurnalının 9-cu sayı çap olunub
19 Aprel 2022 15:18
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbu orqanı olanı “Süfrə” elmi-kütləvi jurnalının növbəti sayı çapdan çıxıb.
“Süfrə” jurnalının 9-cu sayında da bir-birindən maraqlı rubrikalar oxuculara təqdim edilib. Belə ki, “Bələdçi” rubrikasında yerli və xarici qida yenilikləri, “Qida akademiyası” rubrikasında yumurtanın tərkibi, təhlükəli infeksiya-salmonella, süd içərkən nəyə diqqət etməli, qidaların qlikemik indeks dəyəri, “Qida biznesi” rubrikasında qonur qırışıqlıq virusu ilə mübarizə, “Gigiyena” rubrikasında uşaq bağçalarında qida təhlükəsizliyi, “Bizdə yoxdur” rubrikasında satıcı olmayan mağaza trendi, “Həkim sözü” rubrikasında Azərbaycanda böyrək xəstəlikləri barədə məqalələr dərc olunub. “Kinomenyu” rubrikasında isə komediya filmi olan “Ulduz”dan qidalarla bağlı dörd maraqlı səhnə təqdim olunub.
Jurnalın bu sayında “Astaranın təbii düyüsü”, “Qurudulmuş süzmə-qurut”, “Qida sənayesində innovativ texnologiyalar” kimi maraqlı məqalələr də dərc olunub.
Qeyd edək ki, nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.
Jurnalı əldə etmək üçün (012) 565 12 72 (daxili 553) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş