“Süfrə” jurnalının növbəti sayı işıq üzü görüb
3 Mart 2021 15:34
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının növbəti – 6-cı sayı çapdan çıxıb.
“Süfrə” jurnalının bu sayında da bir-birindən maraqlı rubrikalar oxuculara təqdim olunub. Belə ki, “Bələdçi” rubrikasında Ağdamın simvolu sayılan “Çay evi”, “Üzümçülər evi” və Çörək muzeyinin maraqlı tarixçəsi ilə tanış ola bilərsiniz. “Persona” rubrikasında hərbi diktor Şəmistan Əlizamanlı və II Vətən müharibəsində döyüşmüş 20-dən çox AQTA əməkdaşından biri olan Tural Məmmədovun atası Knyaz Məmmədovla müsahibəni oxumaq mümkündür.
Həmçinin, “Milli qida” rubrikasında dərc olunmuş məqalədə narşərabın orqanizm üçün faydası, düzgün hazırlanması və uzun müddət saxlanması üçün zəruri məlumatlar, “Qida akademiyası” rubrikasında isə balıq əti və balıq məhsullarının tərkibi, bioloji xüsusiyyətləri, eləcə də təhlükəsizlik göstəriciləri barədə məlumatlar əksini tapıb.
Ölkədə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı məlumatlar “Qida biznesi” rubrikasında əksini tapıb ki, bu da jurnalın sahibkarlıq fəaliyyəti ilə məşğul olan oxucu auditoriyası üçün nəzərdə tutulur.
Xalq artisti Rasim Balayevin “Arxadan vurulan zərbə” filmindən maraqlı süfrə səhnələri barədə xatirələri “Kinomenyu” rubrikasında, şəkərli diabetdən qorunmaq üçün zəruri tövsiyələr isə “Həkim sözü” rubrikasında yer alıb.
Jurnalın 6-cı sayında “Şəhər damlarında bostanlar”, “Uşaqlar üçün ən ziyanlı 10 qida”, “Sultan və kraliçaların cib qovunu – şamama”, “Sağlam qida tətbiqləri”, “Qənaətli bazarlıq sirləri”, “Kəklikotu ətri” və “Qarabağ mətbəxi: tarixi, özəlliyi” kimi məqalələr də təqdim olunub.
Qeyd edək ki, “Süfrə” jurnalını əldə etmək üçün (012) 565-12-72 (daxili nömrə - 015) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş