Sumqayıtda dönərxanada nöqsanlar aşkarlanıb
5 May 2025 09:43






Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yeni Corat qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimli İbrahim Əlisa oğluna məxsus “Xan” dönərxanasında yoxlama keçirib.
Baxış zamanı dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı ictimai iaşə obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Oxşar xəbərlər

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Sabirabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən Bayramov İlqar Musa oğluna məxsus ”Dərələyəz” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş məhsulların (o cümlədən yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları və təbii mineral sular), eləcə də baytarlıq preparatları, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Lakin bu sahədə aparılan təhlillər göstərir ki, qeydiyyat müddəti ilə bağlı qanunvericilikdə konkret tarixlər müəyyən edilsə də, hələ də bəzi sahibkarlar təkrar qeydiyyat, yaxud qeydiyyatda olan preparatların şəhadətnamələrin qüvvədə olma müddətlərinin uzadılması ilə əlaqədar vaxtında müraciət etmirlər. Sahibkarların diqqətinə çatdırırıq ki, Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmiş və qeydiyyat müddətləri başa çatmaqda olan preparat və məhsulların qeydiyyatı ilə əlaqədar rəsmi müraciətlərdən əvvəl müvafiq metodiki yardımların alınması, həmin preparat və məhsulların laborator sınaqlarında istifadə olunan metod, analitik standart, reaktiv, reagent, bakterioloji və virusoloji ştamm, qida mühiti, serum, etalon nümunə və s. dəqiqləşdirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlanılmalıdır. Qeydiyyat üçün müraciət olunduqdan sonra isə zəruri materiallar preparat və məhsul nümunələri ilə birlikdə İnstituta təqdim edilməlidir. Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 589, 464, 478) nömrəli telefona zəng edə və ya info@afsa.gov.az, info.qti@afsa.gov.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.
