Sumqayıtda fəaliyyət göstərən un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
19 Avqust 2024 14:16
Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mamedov Nugzariyə məxsus “İstanbul” un məmulatları müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş