Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun - VİDEO
12 Noyabr 2026 11:04
Göbələk zəhərlənmələri əsasən tərkibində təbii toksinlər olan zəhərli yabanı göbələklərin istehlakı nəticəsində baş verir. Belə halların yaranmasının əsas səbəbləri göbələk növlərinin düzgün tanınmaması, zəhərli növlərin yeməli göbələklərlə qarışdırılması, eləcə də məhsulun toplanması, saxlanması və hazırlanması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir.
Xüsusilə qeyd edilməlidir ki, bəzi zəhərli göbələklər zahiri görünüşünə görə yeməli növlərlə çox oxşardır. Buna görə də göbələklərin yalnız rənginə, formasına, qoxusuna və digər zahiri əlamətlərinə əsaslanaraq onların yeməli və ya zəhərli olduğunu müəyyən etmək mümkün deyil.
Göbələk zəhərlənmələri daha çox yaz və payız aylarında, yabanı göbələklərin təbiətdən toplanması və istehlakının intensivləşdiyi dövrlərdə müşahidə olunur. Zəhərlənmənin ağırlıq dərəcəsi göbələyin növündən və tərkibindəki toksinlərin xüsusiyyətlərindən asılıdır. Bəzi zəhərli göbələklərin istehlakı qaraciyər və böyrəklərin zədələnməsinə, sinir sisteminin fəaliyyətinin pozulmasına, mədə-bağırsaq pozğunluqlarına, ağır hallarda isə ölümə səbəb ola bilər.
Göbələk zəhərlənmələrinin qarşısının alınması məqsədilə istehlakçılara mənşəyi və növü məlum olmayan yabanı göbələkləri toplamamaq və istehlak etməmək tövsiyə olunur. Həmçinin göbələklərin küçə ticarəti və səyyar satış məntəqələrindən alınmasından çəkinmək vacibdir. Belə satış yerlərində məhsulun mənşəyini, toplandığı ərazini, eləcə də toplanma və saxlanma şəraitini müəyyənləşdirmək çətin ola bilər. Buna görə də göbələk alarkən mənşəyi məlum olan və müvafiq tələblərə uyğun fəaliyyət göstərən stasionar satış məntəqələrinə üstünlük verilməlidir.
Oxşar xəbərlər
“Hotels Qrup” MMC-nin əməkdaşları üçün təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Hotels Qrup” MMC-nin qida ilə təmasda olan əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub. Təlim zamanı iştirakçılara qüvvədə olan qanunvericiliyin tələbləri, qida məhsullarının qəbulu, saxlanması və emalı qaydaları, işçi heyətin şəxsi gigiyenası, eləcə də istehsal və iş sahələrində sanitariya-gigiyena normalarına dair ətraflı məlumat verilib. Bununla yanaşı, çarpaz çirklənmə risklərinin qarşısının alınması, temperatur rejiminə nəzarət və qida məhsullarının təhlükəsiz hazırlanması məsələləri diqqətə çatdırılıb. İnteraktiv formatda keçirilən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, əldə etdikləri biliklər qiymətləndirilib.
AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Gəncə şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul noyabrın 24-ü saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüşdə Gəncə, Naftalan şəhərləri və Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 23-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Mediada yayılan məlumat əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş