Təsdiqi tələb olunan qida obyektlərinin siyahısı açıqlanıb
18 Dekabr 2024 10:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir.
Xəbər verildiyi kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin müraciəti əsasında Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur.
Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi aparılmadan fəaliyyəti qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, təsdiq olunmadan fəaliyyət göstərən qida subyektlərinə cərimə nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələri təsdiqi tələb olunan bu cür qida məhsullarının qəbulu zamanı həmin obyektlərin təsdiqi ilə bağlı çıxarışı və digər müşayiətedici sənədləri tələb edilməlidir.
Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektləri aşağıdakılardır:
- heyvan mənşəli qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan qida obyektləri;
- kənd təsərrüfatı heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri,
- kəsim məntəqələri;
- ev (kənd təsərrüfatı) quşlarının və dovşankimilərin ətinin istehsalı ilə məşğul olan qida obyektləri;
- fermer təsərrüfatlarında saxlanılan ov heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri;
- vəhşi ov heyvanlarının ətinin istehsalı və emalı ilə məşğul olan qida obyektləri;
- ətin farş edildiyi, hazırlandığı və çeşidləndiyi qida obyektləri;
- ət məhsullarının emalı ilə məşğul olan qida obyektləri;
- balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri;
- süd və süd məhsullarının emalı ilə məşğul olan qida obyektləri;
- yumurta və yumurta məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri;
- qurbağa ayaqları və ilbiz istehsalı ilə məşğul olan qida obyektləri;
- heyvanların daxili orqanlarının emalı ilə məşğul olan qida obyektləri;
- jelatin istehsalı ilə məşğul olan qida obyektləri;
- kollagen istehsalı ilə məşğul olan qida obyektləri;
- alkoqollu içkilər, qida spirtinin yerli istehsal və emal müəssisələri;
- tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları istehsal edən müəssisələr və yem əlavələri istehsal edən müəssisələr.
Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş