Ticarət şəbəkələrində satışda olan dondurmalarla bağlı nəzarət tədbirləri davam edir
18 İyul 2024 17:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.
Növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 3 yerli və 5 idxal olmaqla, ümumilikdə, 8 dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı 7 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub. Eyni zamanda dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi qaydada xəbərdarlıq olunub.
Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.
Uyğunsuzluq aşkar edilmiş dondurma məhsulu partiyaları aşağıdakılardır:
|
Məhsulun adı |
İstehsalçı |
İstehlaka yararsız məhsul partiyası |
Aşkar edilmiş uyğunsuzluq |
|
“Saturn” əmtəə nişanlı karamelli və araxisli dondurma |
"Rich S.A" MMC |
30.01.2024-30.03.2025 |
Enterobacteriaceae bakteriyası |
|
“Vineto” əmtəə nişanlı qozlu dondurma |
Fiziki şəxs Yusubova Sərngül Kərəm qızı |
22.04.2024-22.02.2025 |
Enterobacteriaceae bakteriyası |
|
“Marka №1” əmtəə nişanlı şokoladlı plombir dondurma (çəki ilə satılan) |
Fiziki şəxs Məmmədov Arif Firudin oğlu |
04.05.2024-04.03.2025 |
Enterobacteriaceae bakteriyası |
|
"Сибхолод" əmtəə nişanlı şokoladlı qlazur ilə qaymaq dadlı plombir Eskimo dondurma |
“Tekaz” MMC, Rusiya Federasiyası |
12.07.2023-12.01.2025 |
Enterobacteriaceae bakteriyası |
|
“Qost Plombir” əmtəə nişanlı şokolad qlazurunda vanil ətirli Eskimo plombir dondurma |
14.07.2023-14.01.2025 |
Enterobacteriaceae bakteriyası |
|
|
"Woohoo!" əmtəə nişanlı çiyələk desertli dondurma |
“ANC Group” MMC, Belarus Respublikası |
25.03.2024-25.03.2025 |
Enterobacteriaceae bakteriyası |
|
“OE!” əmtəə nişanlı şokoladlı və kokoslu plombir dondurma |
“Klin-Pro” MMC, Rusiya Federasiyası |
08.04.2024-08.10.2025 |
Enterobacteriaceae bakteriyası |
|
"Русский холод" əmtəə nişanlı vanilli plombir dondurma |
Fiziki şəxs Babayev Elçin Ramizoviç, Rusiya Federasiyası |
02.04.2024-02.10.2025 |
Enterobacteriaceae bakteriyası |
Oxşar xəbərlər
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş