Ticarət və satış şəbəkələrində monitorinqlər keçirilir
29 İyul 2025 14:50
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir.
Baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub.
Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur. Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcəkdir.
İstehlakçılardan xahiş edirik ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat versinlər.
Oxşar xəbərlər
Azərbaycanla Serbiya Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Draqan Qlamoçiç mübadilə ediblər.
Özbəkistanda səfərdə olan AQTA nümayəndə heyəti fitosanitar laboratoriya ilə tanış olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub. Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Qurban Qurbanov: Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür
“Laboratoriyalarla tanışlıqdan sonra təəssüratlarım çox xoşdur. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandığı gündən əməkdaşlıq edirik. İdmançının sağlamlığı çox önəmlidir, onun sağlam qidaya daima ehtiyacı var. AQTA rəhbərliyi ilə söhbətlərimiz əsnasında həmişə vurğulayırıq ki, komanda üzvlərinin qidalanması sağlam olmalıdır”. Bu fikirləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanışlıqdan sonra deyib. Baş məşqçi vurğulayıb ki, İnstitutun əməkdaşı həm də klubun diyetoloqu kimi fəaliyyət göstərir: “Futbolçular peşəkar yanaşmanın faydasını görür. Sağlam qidalanmanın nəticələrimizdə çox böyük rolu var” – deyə, baş məşqçi əlavə edib. Q. Qurbanov yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu cür təşəbbüslərin ölkədə sağlam nəslin formalaşmasına, gənclərin inkişafına və idmanın daha da güclənməsinə töhfə verdiyini əlavə edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş