Tovuz rayonunda AQTİ-nin Fitosanitar Laboratoriyası fəaliyyətə başlayıb
3 Fevral 2021 17:13
Ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib. Hazırda İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların sayının artırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
İdxal-ixrac prosesinin sürətləndirilməsi məqsədilə AQTİ-nin nəzdində daha bir Fitosanitar Laboratoriyası Tovuz rayonunda fəaliyyətə başlayıb və ən müasir cihazlarla təchiz edilib. Tovuz Regional Sınaq Laboratoriyasında fəaliyyət göstərən Fitosanitar Laboratoriyasında ölkəyə idxal olunan və Azərbaycandan ixrac olunan bitki və bitkiçilik məhsullarında pomidor lağımlayıcı güvəsi (Tuta absoluta Meyrick), kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus pemicious) və digər zərərvericilərin aşkarlanması üçün müayinələrin həyata keçirilməsinə başlanılıb. Qeyd edək ki, sözügedən zərərvericilər fitosanitar riski və iqtisadi zərəri baxımından Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilib və Avropa qitəsində sürətlə yayılır.
Hazırda Tovuz Regional Sınaq Laboratoriyasının Mərkəzi Fitosanitar Laboraboratoriyasında çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçirilir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş