Tovuzda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
9 Aprel 2024 10:11
Tovuz şəhəri, M. Musayev küçəsində yerləşən, hüquqi şəxs “Tovuz Taxıl” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün zəruri vasitələrin mövcud olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu və anbarlarla təmin olunmadığı, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı aşkar edilib.
Faktla bağlı müəssisənin səlahiyyətli nümayəndəsi barəsində inzibati protokol tərtib edilib, müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş