Tovuzda fəaliyyət göstərən ərzaq bazarında planlı yoxlama keçirilib
9 Aprel 2026 14:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tovuz şəhəri, M. Musayev küçəsində fəaliyyət göstərən “Nəsimi” firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Belə ki, bazarda ət və süd məhsullarının satışı sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmadığı, müntəzəm təmizlik və dezinfeksiya işlərinin aparılmadığı müəyyən olunub. Eyni zamanda, ət və süd məhsullarının saxlanma temperaturuna riayət edilmədən satışa çıxarıldığı, etiket məlumatları olmayan qida məhsullarının realizə edildiyi aşkarlanıb.
Bundan əlavə, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi, istehsal prosesi zamanı yaranan tullantıların ağzı kip bağlanan qablara toplanıb kənarlaşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Nöqsanlarla bağlı bazarın səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş