Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri AQTİ-də olublar
3 Sentyabr 2024 15:25
Bitki sağlamlığı üzrə Türkiyə Respublikasından olan mütəxəssislər və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin təmsilçiləri FAO-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
AQTİ-də təşkil edilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Həmçinin görüş zamanı Azərbaycanın FTPP II-də iştirakı çərçivəsində böhran vəziyyətlərdə bitki sağlamlığının qiymətləndirilməsi, xəbərdarlıq prosedurlarının və fövqəladə hallara cavab tədbirlərinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. İki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun Mərkəzi Fitosanitar Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və bitkiçilik məhsullarında karantin ekspertiza və molekulyar bioloji müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
AQTA sədri Belarus səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb. Görüşdə qida obyektlərinin təsdiqi sistemi, quş əti məhsullarının sertifikatlaşdırılması, həmçinin Quba rayonunda quduzluq xəstəliyinə qarşı “Rabisafe” preparatının istehsalı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, digər baytarlıq preparatlarının birgə istehsalı perspektivləri də nəzərdən keçirilib. Həmçinin AQTİS ilə Belarusun BELFITO informasiya sistemi arasında inteqrasiya məsələsi müzakirə edilib. Qeyd olunub ki, bu istiqamətdə texniki şərtlər hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsi də diqqət mərkəzində olub. Tərəflər mövcud əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
AQTA İtaliyanın identifikasiya ilə bağlı təcrübəsini öyrənir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İtaliyanın Abruzzo və Molise "Giuseppe Caporale" Eksperimental Zooprofilaktika İnstitutunun nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn formatda görüş keçirilib. Görüşdə fərdi identifikasiyanın heyvan xəstəliklərinin erkən mərhələdə aşkarlanması, baytarlıq nəzarətinin gücləndirilməsi, habelə heyvan mənşəli məhsulların təhlükəsizliyinin və qida təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbirdə heyvanların identifikasiyası və qeydiyyatı sahəsindəki İtaliya təcrübəsi barədə məlumat verilib. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
AQTA ilə Litvanın müvafiq qurumu arasında təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti (SFVS) arasında onlayn görüş keçirilib. Görüşdə heyvan sağlamlığı və biotəhlükəsizlik, epizootoloji monitorinq, heyvanların identifikasiyası və qeydiyyatı, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyi sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Xəstəlik ocaqlarının vaxtında aşkarlanması, peyvənd məlumatlarının rəqəmsal qeydiyyatı, risklərin təhlili və Coğrafi İnformasiya Sistemlərinin (CİS/GIS) tətbiqi istiqamətində Litvanın təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, identifikasiya tələblərinə əməl olunmasına nəzarət mexanizmləri və fermerlərin sistemə cəlb edilməsi yolları müzakirə olunub. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş