Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə əməkdaşlığa cəlb olunub
22 Aprel 2021 10:50
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasında işçilərin peşəkarlığının yüksəldilməsi, həmçinin laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daima inkişaf etdirilir. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar.
Qarşılıqlı təcrübə mübadilələrində bitki sağlamlığı sahəsində Türkiyə laboratoriyaları ilə əlaqələrin qurulmasına və əməkdaşlığa böyük əhəmiyyət verilir. Bu əməkdaşlıq çərçivəsində türkiyəli mütəxəssis virusoloq Üftade Güner Mərkəzi Fitosanitar Laboratoriyada çalışır. Ü. Güner bitki və bitkiçilik məhsullarında entomoloji, herboloji, bakterioloji, mikrobioloji, virusoloji və digər ekspertizaların həyata keçirilməsində təcrübəsini laboratoriyanın əməkdaşları ilə bölüşür. Həmçinin AQTİ mütəxəssislərinin iştirakı ilə fitosanitar risk daşıyan fitopatogen virusların müayinəsi aparılır. Türkiyəli mütəxəssis laboratoriya əməkdaşlarının səriştəliliyini, ölkədə fitosanitar təhlükəsizliyin təmin edilməsi istiqamətində əldə edilən uğurları yüksək dəyərləndirərək, fitopatogen zərərli orqanizmlərin diaqnostikasının beynəlxalq standartlara uyğun metodlarla həyata keçirildiyini bildirib.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.
Əməkdaşlıqla bağlı hazırlanan videoçarx:
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş